Çin zooparkında pələng qəfəsə düşən kişini gəmirib

Hadisədən dərhal sonra zooparka ziyarətçilərin girişi bağlanıb. Fotonun müəllifi CHINA NEWS SERVICE
Image caption Hadisədən dərhal sonra zooparka ziyarətçilərin girişi bağlanıb.

Çinin Ninbo liman şəhərindəki zooparkda təsadüfən qəfəsə düşən kişini pələng gəmirib.

Hadisə yerinə gələn polislər pələngi güllələyiblər. Kişini qəfəsdən çıxararaq yaxınlıqdakı xestəxanaya çatdırsalar da, xəstəxana onun öldüyünü açıqlayıb.

Hadisə ötən həftənin bazar günü, ziyan çəkən bilet almadan zooparka daxil olmaq istəyən zaman baş verib.

"Janq familyalı bu şəxs zooparka xanımı, iki uşağı, Li familiyalı həmkarı və onun xanımıyla birgə gəlib. Xanımlar və uşaqlar üçün bilet alınıb. Janq və dostu qənaət etmək məqsədilə zooparka 3 metr hündürlüyündə olan hasardan hoppanaraq keçmək istəyiblər" - deyə Donqçyan gölünün turistik komitəsinin yaydığı açıqlamada bildirlib.

Ziyan çəkənin dostu, Linin sözlərinə görə, Çjan hasardan tullanmağa cəhd edərkən birbaşa pələngin qəfəsinə düşüb.

Zoopark administrasiyası hasarın yanında xəbərdarlıq plakatları, yuxarısında isə əlavə metalla bərkidicilərin olduğunbu bildirib.

Faciə digər ziyarətçilərin gözü qarşısında baş verib. Bəzilər hadisəni telefona çəkiblər. Beləliklə, hadisənin fotoları və videosu sosial şəbəkələrdə paylaşılıb.

Videoda yerdə uzanan mavi gödəkçəli kişiyə bir pələngin yaxınlaşdığı, onun kişinin boynunu və başını dişlədiyi, digər pələnglərin isə kişini mühasirə etdikləri görünür.

Fişəng səsləri eşidən pələnglərdən ikisi qaçıb, lakin biri kişini dişiylə gəmirməyə davam edib. Zoopark işçilər fişənglə pələngləri qovmağa cəhd etdiklərini söyləyiblər.

Hadisədən dərhal sonra ziyarətçilərin zooparka girişi dayandırılıb.