130 arvadı olan nigeriyalı vaiz vəfat edib

Мохаммед Белло Абубакар Fotonun müəllifi Getty Images
Image caption Əbubəkir 4-dən çox arvadı olana Quranda hasısa cəzanın nəzərdə tutulmadığını deyirdi.

Nigeriyada ata Masaba adıyla məhşur olan və 130 arvadı olan 93 yaşlı keçmiş vaiz vəfat edib.

Məhəmməd Bello Əbubəkir ötən həftənin şənbə günü öz evində xəstəlikdən vəfat edib. Xəstəliyin adı açıqlanmayıb. Bazar günü onun dəfn mərasiminə böyük insan izdihamı toplaşıb.

"Nigeria's Daily Trust" qəzetinin verdiyi məlumata görə , 2008-ci ildə media şəxsiyyətinə çevrilən Əbubəkirin o zaman 85 arvadı vardı. Lakin ölənə kimi bu rəqəm 130 çatmışdı.

Qəzetin yazdığına görə, onun xanımlarından bəzisi hamilədir. Vaizin 203 uşağı qalıb. BBC-nin məlumatına görə, 2008-ci ildə Əbubəkirin 170 uşağı olub.

Əbubəkirin bir neçə xanımı 9 il əvvəl BBC-yə verdikləri müsahibədə ağrılardan qurtulmaq üçün onun yanına ümidlə gəldiklərini və onunla necə tanış olduqlarını danışıblar. Onların sözlərinə görə, Əbubəkirin sayəsində ağrılardan xilas olublar.

"Mən onları axtarmıram. Onlar özü mənim yanıma gəlir. Mən bunu Allahın əmri kimi qəbul edirəm və sadəcə onlarla evlənirəm"- deyə vaiz bildirmişdi. Onun xanımlarından çoxu yaşda uşaqlarından balaca olub.

Xanımlarından biri olan Ganiat 2008-ci ildə BBC-yə Məhəmmədlə hələ məktəbli olarkən, anasıyla birgə xəstəliyilə bağlı məsləhət almağa gələn zaman tanış olduğunu danışıb. Məsləhətlərdən sonra isə evlilik təklif aldığını söyləyən xanım buna etiraz edib.

"Mən yaşlı kişiyə ərə gedə bilmərəm dedim. O isə Allah belə buyurur dedi"-deyən Ganiat o zaman artıq 20 ildir ki onunla evli olduğunu söyləyib.

Müsəlman alimlərinin çoxu Quranın hamısına eyni baxmaq, təmin etmək şərtilə yalnız 4 arvad almağa icazə verməsi fikriylə razıdırlar. Lakin Əbubəkir 4-dən çox arvadı olana Quranda hansısa cəzanın nəzərdə tutulmadığını deyirdi.

Bu barədə daha geniş