Netanyahu İranı BMT TŞ-nın qətnaməsini “qəsdən” pozmaqda itiiham edib

запуск ракеты Fotonun müəllifi AP
Image caption 2015-ci ildə Tehranla nüvə proqramı çərçivəsində razılaşma əldə olunub, lakin İran dəfələrlə buna bənzər sınaqlar həyata keçirib.

İsrailin baş naziri Benyamin Netanyahu İranı BMT Təhlüksizlik Şurasının qətnaməsini "qəsdən" pozmaqda ittiham edib. Netanyahunun ötən həftənin bazar günü orta radiuslu raketləri sınaqdan keçirən İrana reaksiya belə olub.

Benyamin Netanyahu ABŞ prezidenti Donald Trumpla fevral ayına gözlənilən görüşü zamanı İrana qarşı sanksiyaların bərpa edilməsi məsələsini müzakirə etmək niyyətində olduğunu bildirib.

"İranın aqressiyası cavabsz qalmamalıdır", - deyə baş nazir vurğulayıb.

Pentagon nümayəndəsinə istinadən KİV-lərdə yayılan məlumatlara görə İran ötən həftənin bazar günü Tehranın şərqindən 225 km aralıdakı poliqonda orta radiuslu raketləri sınaqdan keçirib.

ABŞ hökumtindəki mənbə jurnalislərə verdiyi açıqlamada sonuncu sınağın ugursuz olduğunu və məqsədinə çatmadan qəzaya uğradığını bildirib.

2015-ci ildə Tehranla nüvə proqramı çərçivəsində razılaşma əldə olunub, lakin İran dəfələrlə buna bənzər sınaqlar həyata keçirib. Bir qədər əvvəl Ağ Ev baş verən bu halları araşdırdığını bəyan etmişdi.

2015-ci ilin 20 iyulunda qəbul edilən BMT TŞ-nın qətnaməsi İranı nüvə başlığı daşıya bilən ballistik raketlərin sınaqdan keçirməkdən imtina etməyə çağırır. İran isə onda nüvə silahı olmadığını iddia edir.

Ötən ilin dekabr ayında Binyamin Netanyahu Donald Trumpla İranla əldə olunan nüvə sazişinin ləğv edilməsi barədə danışacağını bəyan etmişdi.

Seçkiqabağı kampaniya zamanı Trump dəfələrlə ABŞ və Rusiya daxil olmaqla 6 ölkənin İranla bağladığı sazişi tənqid edib.

Sazişi "faciə" adlandıran Trump ABŞ-ın bundan imtina edəcəyinin mümkünlüyünü bəyan etmişdi.

Trumpın bu sözləri tənqid dalğası yaratmışdı. MKİ-nin keçmiş direktoru John Brennanın fikrincə isə sazişdən imtina "faciə və axmaqlıqdır ".

İran prezidenti Həsən Ruhani isə öz növbəsində Trumpın nüvə sazişini yenidən nəzərdən keçirmək barədə vədlərini yerinə yetirməyin mümkün olmadığını deyib.

Bu sazişin şərtlərinə görə İran kütləvi qırğın silahı yaratmadığına təminat vermək məqsədilə Tehran nüvə yanacağının böyük hissəsindən qurtulmağa və Beynəxalq Nüvə Enerjisi Agentliyi (İAEA) müfəttişlərinin nüvə obyektlərinə buraxılmasını təmin etməyə razılıq verib.

Bu barədə daha geniş