Ərəb dünyasının ən böyük musiqi xidməti necə yaranıb?

21-ci əsrin başlanğıcında, cib telefonlarının yayılmağa başladığı vaxtlar yeni melodiyalara da meydan açılır.

İnsanlar yeni Nokia telefonuna populyar bir musiqinin sadə versiyasını yükləmək üçün, müəyyən miqdar pul ödəməli olurdular.

"Həmin vaxtlar bu, səfeh bir tendensiya idi", ərəb dünyasının ən böyük musiqi yayımı xidməti sayılan Anghami-nin həmtəsisçisi Eddy Maroun deyir.

"Mən bu cür musiqiləri hazırlayardım", o izah edir. Digər təsisçi Elie Habib isə texniki və yayım işləri ilə məşğul olurdu.

Dünyanın ən uğurlu regional texnologiya şirkətlərindən birini qurmaq illər çəkib.

Piratlıqdan ilhamlanmaq

Eddy Maroun Anghami-ni yaratmaq ideyasının haradan gəldiyini dəqiqliklə izah edir.

2010-cu ildə keçirilmiş texnologiya konfransında o, qeyd kitabçasına belə bir söz yazıb: "Piratlıq".

Fotonun müəllifi Anghami
Image caption Üzərinə piratlıqla bağlı qeydin yazıldığı dəftərçə Anghami-nin yaranmasına təkan verib

"Həmin vaxtlar piratlıq musiqi biznesini məhv edirdi", o bildirir.

"Prodüserlər demək olar ki, heç nə qazana bilmirdilər".

Əlverişli və ucuz platforma yaratmaqla təsisçilər hesab edirdilər ki, istifadəçilər qanunsuz musiqi yükləməkdənsə, bir miqdar ödəyərək onu əldə edəcəklər.

Anghami abunələrdən, pulsuz musiqi dinləyənlərə reklam təqdim etməklə və tətbiqləri olan mobil telefon şirkətləri ilə razılaşmalar əldə etməklə pul qazanır.

Təsisçilər qeyd dəftərindəki bir sözdən, 20 milyondan çox musiqinin olduğu böyük bir baza qurublar.

Həmin bu xidmət bir ay ərzində 30 milyon insana 500 milyon mahnını çatdırır.

"Biz musiqi sənayesinin maliyyələşməsinə böyük töhfə veririk", cənab Maroun deyir.

Image caption Anghami-nin təsisçiləri Elie Habib (solda) və Eddy Maroun, şirkəti öz pulları ilə qurublar

"Biz öz əmanətlərimizi yatırmışıq"

"Anghami ideyası gələndə Amerika və Avropada buna bənzər layihələr artıq mövcud idi. Yəni bu işlə məşğul olan beynəlxalq şirkətlər bundan xəbərdar idi, lakin ərəb dünyası üçün bu, yeni bir şey idi".

Əsl istək nümayiş etdirmək üçün hər iki təsisçi işdən çıxaraq pullarını yeni ideyaya sərf ediblər.

"Öz pulunu yatırmaq, layihənin uğuru üçün can yandırmaq mənasına gəlir. İnvestorların bundan xoşu gəlir. Onlar sənə etibarlı insan kimi baxırlar".

İdeyanın nəticələri öz bəhrəsini tez verib, cəmi bir il sonra. 2011-ci ildə onlar ilk milyon dollarlıq investisiya razılaşmasına imza atıblar və bundan dərhal sonra ikincisinə.

Onlar şirkətə işçilər götürməyə başlayıblar.

Image caption Anghami-nin baş qərargahı Beyrutun Zaqala məhəlləsində, hündür mərtəbəli binada yerləşir

Şirkət gəlirlərin hər il iki qat artıdığını və 2016-cı ilin sonunda 10 milyon dolları keçdiyini deyib.

Musiqini kiçiltmək

Əsas çətinliklərdən biri bölgədə internetin paylanması ilə bağlıdır.

"Yaxın Şərqdə internetin sürəti çox aşağıdır", Alie Habib deir.

"Bununla bağlı heç nə edə bilmərik. Yavaş-yavaş başa düşdük ki, musiqinin keyfiyyətin öldürməmək şərti ilə ölçüsünü mümkün qədər çox kiçildə bilsək, istifadəçilər onu daha rahat əldə edə bilərlər".

Hətta musiqinin ölçüsü kiçik olsa belə, Livan kimi ölkələrdə internet çox bahalıdır. Orada telefona 500 meqabayt internet yükləmək təxminən 12 dollara başa gəlir.

İnternetə qənaət etmək istəyən potensial istifadəçilər iki seçim qarşısındadırlar: məhdudiyyətsiz yükləmənin mümkün olduğu reklamsız Anghami Premium-a pul ödəmək, ya da pulsuz wi-fi şəbəkəsinə qoşulmaq.

Fotonun müəllifi BBC Sport
Image caption Şirkətin əməkdaşı Moe Hamzeh deyir ki, rəqibləri Anghami-nin bazarına şərik çıxa bilərlər.

"Burada insanlar ödəməyə hazır deyillər", şirkətin musiqi və rəqəmsal məsələlərlə bağlı idarəçisi olan Moe Hamzeh deyir. "Abunə xidməti qənaətbəxş deyil".

Yeni rəqabət

Cənab Hamzeh həmçinin narahatdır ki, Anghami beynəlxalq rəqiblərinin Yaxın Şərqdə yerləşməsi problemi ilə qarşılaşa bilərlər.

Anghami hazırda Amerikanın Apple şirkəti ilə birgə bazara hakimdir.

"Biz yerli şirkətik", Eddy Maroun vurğulayır.

"Biz yerli musiqiçiləri və Yaxın Şərq musiqisini rəqiblərimizdən daha çox anlayırıq. İşimizin 75 faizi bölgə ilə bağlıdır. Digər 25 faizi isə ərəb diasporası.

"Anghami hətta 30 milyon insana çatsa belə, bu, əhalinin sadəcə 10 faizi deməkdir", o əlavə edir.

Qısacası o, inkişaf üçün yetərincə imkanların olduğuna inanır.