Ukrayna münaqişəsi: BMT təhlükəli gərginlikdən sonra xəbərdarlıq edir

Avdiivka şəhərində insanları yedizdirmək və isitmək üçün çadırlar qurulub Fotonun müəllifi AFP
Image caption Avdiivka şəhərində insanları yedizdirmək və isitmək üçün çadırlar qurulub

BMT Təhlükəsizlik Şurası şərqi Ukraynada "təhlükəli pisləşmə" barədə xəbərdarlıq edərək döyüşən tərəfləri zorakılığı dayandırmağa çağırıb.

Şura bildirib ki, yeni mübarizə dinc sakinlərə "ağır təsir" göstərir.

Cəbhə xəttində yerləşən Avdiivka şəhərində gedən döyüşlər şaxtalı şəraitdə minlərlə sakini su və elektriksiz qoyub.

Ukrayna humanitar böhrandan qaçmaq üçün əhalinin evakuasiyasına hazırlaşdığını deyir.

Zorakılığın artmasına görə tərəflər bir-birini ittiham edir.

"Təhlükəsizlik Şurasının üzvləri dərhal atəşkəs rejiminə qayıtmağa çağırıb," bəyanatda deyilir.

Rusiya bəyanata heç bir şərh verməyib.

2014-ci ildə Rusiya Ukraynanın cənubunda Krım yarımadasını özünə ilhaq etməsilə nəticələnən münaqişə nəticəsində 9,700-dan çox insan həlak olub. Rusiyapərəst üsyançılar sonradan şərq istiqamətində münaqişəni davam etdirib.

Ukrayna təxliyə baş tutarsa, 8 min nəfərin köçürüləcəyini deyir.

"Hər şey pisləşir," özünü Nadiya kimi təqdim edən sakin BBC-ə deyib.

"İnsanlar qorxur və çıxmağa çalışırlar. Çox soyuqdur. Çörək növbələr var. Yalnız bir neçə mağazalar açıqdır".

Bu şəhərdə 16,000 - 22,000 arası insan yaşadığı güman edilir.

Rəsmilər deyir ki, əgər döyüşlər davam edərsə təxliyə baş tutacaq və əraziyə yaxında 10 tona yaxın ərzaq gətiriləcək.

Əlaqəli mövzular