Alimlər: tam iflic olan xəstələr danışa biləcəklər

xəstə Fotonun müəllifi Wyss center
Image caption Kompüter sisteminin işi qanda oksigen səviyyəsinin dəyişmə fəallığından asılı olaraq beyindəki hüceyrələrin bacarığına əsaslanıb .

İsveçrə alimləri tamamilə iflic olan xəstələrin xüsusi kompüter sisteminin köməyilə ətrafdakılarla ünsiyyət qura biləcəklərini bildiriblər.

"PLOS Biology" jurnalında dərc edilən tədqiqat İsveçrə xəstəxanalarından birində 4 nəfər tam iflic xəstə üzərində aparılan işə əsaslanıb.

Tədqiqatda iştirak edən 4 xəstə amiotrofik sklerozun ağır formasından əziyyət çəkənlər olub. Hansı ki, hətta gözlərinin hərəkəti ilə belə ətrafda baş verənlərə reaksiya verə bilmirlər.

Xəstələrin verilən suallara "hə" və "yox" cavabı verməsi üçün fikirləri "oxumaq" imkanı yaradan interfeysdən istifadə olunub.

Kompüter sisteminin işi beyin hüceyrələrindəki imkanlara əsaslanıb. Hüceyrələrin fəaliyyətindən asılı olaraq qanda oksigenin səviyyəsi dəyişir və öz növbəsində bu qanın rənginin dəyişməsinə gətirib çıxarır.

Qanın rəngini müəyyən etmək üçün infraqırmızı radiasiyalardan istifadə olunur, bu vasitə "yaxın infraqırmızı sahədə spektroskopiya" adlanır.

Alımlərin sözlərinə görə, təqdim edilən bu sistemin "fikirləri oxumaq" dəqiqliyi təqribən 75 fazi təşkil edir. Komyüterin verilən suala doğru cavab verib-vermədiyini yoxlamaq üçün sualı bir neçə dəfə təkrarlamaq lazımdır.

Professor Ujvala Çaudharinin sözlərinə görə, suallara "hə" və "yox" cavabı vermək imkanı belə xəstələrin həyatını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaqdır.

"Təsəsvvür edin ki, istəklərinizi ifadə etmık üçün heç bir vasitə yoxdur. Amma indi sizin "hə" və "yox" demək imkanınız yaranır. Bu çox əhəmiyyətlidir", - deyə Çaudhari bildirib.

Sınaq zamanı xəstələrdən biri ailə həyatı quran qızına xeyir-dua verməkdən dəfələrlə imtina edib.

Lakin tədqiqat müəllifləri xanımın atasının izni olmadan evləndiyini söyləyiblər.

Bu barədə daha geniş