Şri Lanka prezidentinin öləcəyini deyən münəccim həbs edilib

Prezident Maithripala Sirisenan Fotonun müəllifi AFP
Image caption Şri Lanka prezidenti münəccimin proqnozunu inkar etsə də, o proqnoz verməkdə davam edir

Şri Lanka polisi ölkə prezidenti Maitripala Sirisenanın öləcəyi barədə öncəgörmələrini söyləyən münəccimi həbs edib. O, prezidentin yanvarın sonunda öləcəyini söyləmişdi.

Vicita Rohana Vicemuni sosial şəbəkələrdə video yayımlayaraq, ölkə prezidentinin yanvarın 27-də bədbəxt hadisə və ya xəstəlik nəticəsində öləcəyini bildirmişdi.

Lakin öncəgörmələrinin baş vermədiyini görən münəccim proqnozlarında düzəliş edib. Astroloq bu dəfə prezidentin 2017-ci ilin oktyabrına qədər öləcyini deyib.

Münəccimin inadkarlığı hökumət məmurlarını narahat etməyə başlayıb. Onun dövlət çevrilişinə cəhd və ya prezidentin həyatına sui-qəsd edəcəyindən şübhələnərək polisə müraciət ediblər.

Ölkə prezidenti barədə alçaldıcı məlumatlar yaydığına görə, münəccimi həbs edən Şri Lanka polisi sonradan onu zaminə buraxıb. Bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Keçmişdə dənizçi olan 52 yaşlı Vicemuni hazırda ölkənin məhşur münnəcimlərindən biri sayılır. 1987-ci ildə Hindistanın baş naziri Raciv Qandinin həyatına sui-qəsd cəhdində ittiham olunan münəccim 2 il 6 ay həbs cəzası çəkib.

Həbsdən çıxdıqdan sonra siyasətlə məşğul olan Vicemuni Şri Lanka parlamentinə seçkilərdə iştirak edib, daha sonra isə münəccimliyə başlayıb.

Şri Lanka sakinləri astroloji proqnozları diqqətlə izləyərək, onun əsasında evlənmək, ev tikmək və ya vacib sənəd imzalamaq kimi məsələləri həll edirlər.

Bir qədər əvvəl Şri Lankada ölkənin ictimai-siyası həyatı ilə bağlı proqnozlar verən münəccimlər, 2009-cu ildə isə hökumətin istefaya gedəcəyini söyləyən münəccim həbs edilmişdi.

Bu barədə daha geniş