İsrail icazəsiz tikilən Amona məskənindən məskunları çıxarıb

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Etirazçılar evlərin sökülməsinin qarşısını almağa cəhd ediblər

İşgal altında olan Qərb Sahilində icazəsiz tikilmiş Amona məskənindən yəhudi məskunları çıxararkən, İsrail polisi və etirazçılar arasında qarşıdurma baş verib.

İsrailin Ali Məhkəməsi Amona məskəninin, fələstinliyə məxsus özəl torpaqda tikildiyinə görə sökülməsinə qərar verib.

Polislər məhkəmənin qərarını icra etməyə başlayarkən, yüzlərlə etirazçı onlara daş atmağa və qarşılarını kəsməyə başlayıb. Qarşıdurma nəticəsində etirazçılar və polis zabitləri xəsarət alıb.

Məskunların çıxarılması çərşənbə günü başlayıb və gecəyədək davam edib.

Lakin hadisədən bir neçə saat əvvəl İsrail hökuməti hakimiyyətin icazəsi ilə tikilən məskənlərdə 3 000 yeni evin tikilməsinə dair qərarı təsdiqləyib.

Bu, ABŞ prezidenti Donald Trump-ın inaqurasiyasından sonra baş verən üçüncü bənzər qərardır.

Cənab Trump İsraildə yəhudi məskənlərinin tikilməsinə sələfi Barack Obamadan daha rəğbətli olacağını bəyan edib və yəhudi məskənlərinin açıq dəstəkçisini ABŞ-ın İsrailə yeni səfiri təyin edib.

Fələstinli rəsmi Hanan Aşravi yeni tikinti planını tənqid edərək sülh üçün imkanların məhv edildiyini xəbərdar edib.

Yəhudi məskənləri 1967-ci ildə Qərb Sahili və Şərqi Yerusəlimin (Arəbcə: Qüds) İsrail tərəfindən işğalından sonra salınmağa başlayıb. Hazırda 140-dan çox yaşayış məntəqəsində 600 mindən artıq israilli yaşayır.

Amona məskəni 1996-cı ildə təsis olunub və İsrail Ali Məhkəməsinin 2006-cı il qərarından sonra məskəndə 9 tikinti sökülüb.

Fotonun müəllifi AFP
Image caption Etirazçılar mebel və tikinti materiallarını yandırıblar
Fotonun müəllifi EPA
Image caption Bəzi etirazçılar polisə daş ataraq bir neçə zabitə yüngül xəsarət yetiriblər

2014-cü ildə Ali Məhkəmə icazəsiz məskəni sökmək üçün hökumətə 2 il müddətlik vaxt verib, lakin daha sonra müddət həddi 8 fevrala uzaldılıb.

Məskəndən xəbər verən BBC müxbiri Yolande Kell deyir ki, məskəndə yaşayan təxminən 50 ailə çərşənbə günü evlərinə buldozerlər yaxınlaşsada evlərini tərk etməkdən imtina ediblər.

Məskunları dəstəkləyən yüzlərlə etirazçı polisin qarşısını kəsməyə cəhd edib.

Fotonun müəllifi Reuters
Image caption Hazırda Qərb Sahilində 95 icazəsiz məskən yerləşir
Fotonun müəllifi Reuters
Image caption Təhsil naziri Naftali Bennet məskunları "qəhrəmanlar" adlandırıb

Etirazçılar qol-qola dayanaraq "yəhudi yəhudini evindən çıxarmaz" şuarını səsləndiriblər.

Evlərdən ailələrin təxliyəsi cümə axşamı erkən saatlarda yekunlaşıb, İsrail mətbuatı bildirib.

Hadisədə ən azı 7 etirazçı həbs edilib, 24 polis zabiti və 18 mülki şəxs yüngül xəsarətlər alıb, polis bəyan edib.

Müxbirimiz Amonanın sökülməsini tərkibində icazəsiz məskənləri dəstəkləyən hakim koalisiya üçün bölücü bir hadisə olduğunu deyib.

Fotonun müəllifi AFP
Image caption Israel's parliament may soon approve a bill to retroactively legalise other unauthorised outposts

Yəhudi Evi partiyasını rəhbəri və təhsil naziri Naftali Bennett Amona məskunlarını "qəhrəmanlar" adlandıraraq İsrail parlamentində icazəsiz məskənləri qanuniləşdirən layihənin tezliklə qəbul ediləcəyini deyib.

Qanun layihəsi parlament tərəfindən gələn həftə müzakirə ediləcək, lakin İsrailin baş prokuroru qanuna qarşı olduğunu bildirib və hüquqşunaslar qanunun Ali Məhkəmə tərəfindən ləğv ediləcəyinə böyük ehtimal olduğunu deyiblər.

Bu barədə daha geniş