Böyük Britaniyada antisemitizm zəminində cinayətlər artıb

2016-cı ilin mayında Manchesterdə yəhudi məzarlığı dağıdılıb. Fotonun müəllifi Reuters
Image caption 2016-cı ilin mayında Manchesterdə yəhudi məzarlığı dağıdılıb.

"Community Security Trust" (CST) xeyriyyə fondunun məlumatına görə ötən il Böyük Britaniyada antisemitizm xarakterli cinayətər artaraq rekord həddinə çatıb.

CST-nin yaydığı məlumata görə 2015-ci illə müqayisədə 2016-cı ildə antisemitizm zəmində baş verən cinayətlər 36 faiz artıb və 1309 hadisə qeydə alınıb. Bundan əvvəlki rekord həddi isə 2014-ci ildə, 1182 hadisə ilə qeydə alınıb.

İnsidentlərin 75 faizi London və Manchester şəhərlərində, Böyük Britaniyadakı iki böyük yəhudi icmasının yaşadığı ərazidə baş verib.

CST nümayəndəsi Mark Gardnerin sözlərinə görə, antisemitizm cinayətlərinin statistika göstəricilərinin artmasına səbəb insanların belə hallarda polisə müracət etməyə cəhd etmələriylə də bağlı ola bilər.

"Antisemitizm cinayətlərinin artması cəmiyyətdəki əhval-ruhiyyəni əks etdirən bir tendensiyadır. İrqçilər, o cümlədən antisemitlər bir sıra səbəblərdən cəsarətlənərək onların nümayiş etdirdikləri nifrətin rəğbətlə qarşılanacağını və dəstəklənəcəyini hiss edirlər"- deyə Garden bildirib.

Fotonun müəllifi PSNI
Image caption 2016-cı ilin iyununda Şimalı İrlandiyanın Arma qraflığının divarlarında belə yazılar yazılıb.

CST 1984-cü ildən bu yana antisemitizm cinayətlərinin statistikasını aparır.

Təşkilatın fikrincə, cəmiyyətdə ksenefobiya (xaricilərə nifrət) və irqçiliyin əhəmiyyətli dərəcədə artımı, Böyük Britaniyanın Aİ-nı tərk etməsi ilə bağlı referendumun və Leyborist Partiyasının antisemitizmlə bağlı hadisələri müzakirə etməsi fonunda baş verib.

Ötən ilin aprelində Leyborist Patriyası rəhbərliyi London meri Ken Livingstonun partiya sıralarından xaric edib.

Buna səbəb isə onun deputat Naz Shahın verdiyi təklifləıri müdafiə etməsi olub. Deputat xanım Facebook səhifəsində İsraili Amerikaya köçürməyi təklif edib və bunu "yol xərclərinin" ABŞ-ın İsrailə 3 ildə göstərdiyi hərbi dəstəkdən az olacağı ilə əsaslandırıb.

"1932-ci ildə Hitlerin yəhudiləri Fələstinə yerləşdirmək planı olub. Hitler ağlını itirəınə qədər sionizmi dəstəkləyib və nəticədə 6 milyon yəhudini öldürüb"-deyə deputatı müdafiə edən keçmiş mer bildirib.

Deputat Naz Shah daha sonra yazdığı şərhlərə görə üzr istəyib.

Bu barədə daha geniş