Merkelin Ankara gündəmi: Köçkünlər, 15 iyul şübhəliləri və kəşfiyyat

Merkel ve Erdoğan Fotonun müəllifi AFP

Almaniyanın baş naziri Angela Merkel ötən ilin iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişinə cəhddən sonra ilk dəfədir ki, Ankaraya rəsmi səfər edib.

Merkelin bir günlük səfəri çərçivəsində ölkə prezidenti Recep Tayyip Erdoğan və baş nazir Binali Yıldırımla görüşü nəzərdə tutulub.

Görüş zamanı Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasında əldə edilən köçkünlər barədə razılaşma, Suriyada özünü İslam Dövləti (İD) adlandıran qruplaşmaya qarşı ortaq mübarizə, kəşfiyyat məlumatları və insan haqları kimi mözvuların gündəmdə olacağı bildirilir.

"Bu görüş əhəmiyyətli bir NATO müttəfiqi və Aİ qonşusu olan Türkiyə ilə münasibətlərin davamının gərəkli olmasını düşündüyümüz üçün həyata keçirilir"- deyə Almaniya baş nazirinin sözcüsü Steffen Seibertin söyləyib.

Angela Merkel iyulun 15-də baş verən hadisələr zamanı hücuma məruz qalan Türkiyə Böyük Millət Məclisini də ziyarət edəcək.

Almaniyalı baş nazirin müxalif Cümhuriyet Halk Partisi (CHP) lideri Kemal Kılıçdaroğlu səfirlikdə görüşəcəyi və HDP-lı millət vəkilləri ilə də bir araya gələcəyi bildirilib.

Bu səfər Kontitusiyada dəyişiklik referendumundan əvvəl keçirilidiyi üçün Türkiyə, parlament seçkilərinə hazırlaşan Almaniya üçün də çox mühümdür.

Qaçqın böhranı

Görüşlərdə qaçqın mövzusunun başlıca maddələrdən biri olacağı gözlənilir.

Türkiyə prezidenti Erdoğan türk vətəndaşlarına sərbəst viza verilmədiyi halda, Ankara-Aİ arasında əldə edilən qaçqınlarla bağlı razılaşmanın ləğv ediləcəyi barədə xəbardarlıq edib.

Lakin bütün bunlara baxmayaraq, Merkelin bu razılaşmanın davam etməsi üçün Türkiyəyə təzyiq göstərəcəyi gözlənilir.

Qaçqınlara qucaq açdığına görə alman toplumunun bir hissəsi tərəfindən tənqid edilən və nüfuzu aşağı düşən Merkel üçün sentyabr ayında keçiriləcək parlament seçkilərinə getdiyi ərəfədə bu razılaşmanın davam etməsinin vacib olduğu bildirilib.

Almaniyaya sığınan türk əsgərləri

Ötən həftə alman mətbuatı NATO-dakı 40 türk əsgərinin Almaniyadan sığınacaq istəməsi barədə yaydığı məlumatda Türkiyənin bu istəyi rədd etməsi istiqamətində təzyiq göstərdiyi qeyd olunub.

Türkiyə bu əsgərləri 15 iyul hadisələrində ittiham edərək onların Fethullah Gulenin təşkilatına mənsub olduqlarını iddia edir.

Fotonun müəllifi EPA

"Biz Almaniyadan sığınacaq istəklərini qətiyyətlə rədd etməsini və FETO mənsublarının Türkiyəyə ekstradasiya edilməsini gözləyirik"-deyən Türkiyənin müdafiə naziri Fikri Işık əsgərlərə sığınacaq verilməsinin "çox əhəmiyyətli nəticələrə" gətirib çıxaracagı barədə xəbərdarlıq edib.

Almaniya Daxili İşlər Nazirliyi isə sığınacaq barədə ərizələrin siyasi bir məsələ olmadığını söyləyərək bunun hüquqi tərəfdən diqqətlə araşdırılacağnı bildirib.

Kəşfiyyat paylaşması

Rəsmi Berlin 15 iyulda hadisələrdən sonar Türkiyədə baş verən həbslərlə bağlı qərarsız qalarkən, rəsmi Ankara Berlini dövlət çevrilişinə dəstək verənlərə və PPK döyüşçülərini qucaq açmaqda ittiham edib.

Son olaraq isə Almaniyanın İncirlik Bazasındakı alman Tornado reaktivlərinin topladığı görüntülərin hamısını Türkiyəyə verməməsi mübahisəyə səbəb olub.

Almaniya Türkiyənin havadan çəkilən yüksək keyfiyyətli görüntülrdən cənub-şərqindəki əməliyyatlarda istifadə edəcəyindən ehtiyat edir.

Türkiyə baş nazirinin köməkçisi Veysi Kaynak isə Almaniyanı "terrora qucaq açmaqda" ittiham edib.

"Almaniya PKK-ya, Türkiyənin başına bəla olan hər terrora qucaq açan bir ölkədir".

İnsan haqlarının pozulması iddiaları

Sentyabr ayında parlament seçkilərinə hazırlaşan Merkel səfər zamanı Türkiyədə insan haqlarının pozulması iddialarını dilə gətirməsi üçün öz ölkəsində təzyiqə məruz qalıb.

Alman millət vəkilləri Merkeli Türkiyədə hər şeyi açıq danışmağa çağırıblar.

Fotonun müəllifi EPA
Image caption Türkiyə alman Tornado reaktivlərinin topladığı görüntülərin hamısının verilməməsindən şikayətçidir

Casusluq ittihamları

Almaniya Diyanet İşləri Türk-İslam Birliyi (DİTİB) məscidlırində vəzifədə olan bəzi imamların Fethullah Gulen təşkilatı ilə əlaqəsi ola biləcək insanlar haqqında rəsmi Ankaraya məlumat göndərməsi barədə iddialara qarşı hərəkətə keçərək DİTİB-i yaxından izləməyə başlayıb.

Bu barədə daha geniş