Rumıniyada hökumətə qarşı etirazlar
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Rumıniyada hökumətinin korrupsiya ilə bağlı layihəsinə qarşı etirazlar

Rumıniyada yeni rəhbərlik yüz minlərlə insanın etirazı ilə üzləşib – səbəb korrupsiya ilə bağlı həbs edilmiş onlarla məmurun azad edilməsinə dair fərmandır.

Prezident deyir ki, hökumətin verdiyi bu fərmanı məhkəməyə çıxaracaq, biznes naziri isə bu qərarla bağlı istefa verib.

Fərmanı verən ədliyyə naziri isə müvəqqəti istefa verib.

Çərşənbə günü 200 000 adam etiraz etmək üçün Rumıniyanın müxtəlif yerlərində küçələrə çıxıb.

Bu, 1989-cu ildə kommunizmin dağılmasından sonra ən böyük etirazlardır və polislə futbol xuliqanı olduqları iddia edilən şəxslər arasında toqquşmaya səbəb olub.