ABŞ Şimali Koreyaya nüvə hücumuna görə xəbərdarlıq edir

US defence secretary James Mattis and South Korean defence minister Han Min-koo in Seoul (3 Feb 2017) Fotonun müəllifi AP
Image caption Cənab Mattis cənubi koreyalı həmkarı Han Min-koo ilə görüşüb

ABŞ-ın müdafiə naziri James Mattis Şimali Koreya tərəfindən nüvə silahının hər hansı istifadəsinin "təsiredici və böyük" reaksiya ilə qarşılanacağını bildirib.

Cənubi Koreyada səfərdə olan cənab Mattis Seulu Amerikanın dəstəyinin davam etdiyinə inandırmağa çalışıb.

Şimali Koreya yenidən raket və nüvə sınaqlarının həyata keçiriləcəyinə dair aqressiv bəyanatlar verib.

Müharibədən sonra müdafiə xəttinin bir hissəsi kimi Cənubi Koreya və Yaponiyada ABŞ-ın hərbiyyəsi mövcuddur.

Prezident Donald Trump bundan əvvəl bəyan edib ki, hər iki ölkə bu mövcudluğun qorunub saxlanılması üçün daha çox ödəməlidir.

Fotonun müəllifi AP
Image caption Cənubi Koreya və ABŞ əsgərləri tez-tez təlimlər keçirir

Cümə günü cənab Mattis Obama administrasiyası zamanı Cənubi Koreyada ABŞ istehsalı müdafiə sisteminin qurulması barədə razılaşmanı müzakirə edəcək.

Günün sonunda isə cənab Mattis Yaponiyaya gedəcək.