Paris: Luvrda əsgər hücumçuya atəş açıb

Luvr Fotonun müəllifi Getty Images
Image caption Hadisə ilə bağlı geniş təhlükəsizlik əməliyatı həyata keçirilir

Fransanın paytaxtı Parisdəki Luvr muzeyini mühafizə edən hərbçi "Allahu əkbər" qışqıran əli bıçaqlı şəxsə atəş açıb, polis bildirir.

Hücumçunun muzey yaxınlığındakı yeraltı ticarət mərkəzinə daxil olmağa cəhd etdiyi xəbər verilir.

Məlumata əsasən onun əlində bel çantası və yaxud da çamadan olub. Hərçənd ki, axtarış vaxtı partlayıcı maddə aşkar edilməyib.

Hadisə ilə bağlı geniş təhlükəsizlik əməliyatına başlayan Fransanın Daxili İşlər Nazirliyi insidenti "ciddi" kimi dəyərləndirib.

Luvr Muzeyinin ziyarətçiləri hadisə yerindən kənarlaşdırılıb.

Polis əsgərin hücumçuya beş dəfə atəş açdığını bildirir.

Bu barədə daha geniş