İD-ə hücumlar Raqqanı "susuz qoyub"

Raqqa şəhəri Fotonun müəllifi Manbar.me
Image caption Raqqa şəhəri

Özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın mövqelərinə koalisiya təyyarələrinin hava zərbələri nəticəsində Raqqa şəhərinin su ilə təchizatı kəsilib, Suriya fəalları bildirir.

İnsan Hüquqları Mərkəzi Raqqadakı əsas su boru xəttinin sıradan çıxarıldığını bildirir.

Şəhərin susuz qaldığını suriyalı fəalların "Raqqa sakitcə qətlə yetirilir" qrupunun nümayəndəsi da təsdiqləyib.

"Koalisiya hücumlarından sonra şəhərin əsas su xətti zədələnib və bütün şəhərdə su kəsilib", Hamud Əl Musa AFP agentliyinə bildirib.

Suriyalı fəal dünən gecə həyata keçirilən hava zərbələri vaxtı şəhəri su ilə təchiz edən əsas borunun keçdiyi Köhnə Körpünün hədəfləndiyini deyir.

Hamud Əl Musanın sözlərinə görə, səhər vaxtı şəhər sakinləri su uçun çaya getməyə məcbur olub.

İD-nin paytaxtı sayılan Raqqada 300 min adamın yaşadığı təxmin edilir.

Dünən axşam həyata keçirilən hava hücumları nəticəsində Raqqanın ətrafındakı Fərat çayının üzərindən salınmış iki körpünün ikisi də sıradan çıxarılıb, fəallar bildirir.

ABŞ-ın başçılıq etdiyi koalisiya, kürd güvvələrinin Raqqa istiqamətində əməliyyatını hava dəstəyilə təmin edir.

Kürd dəstələri son iki ay ərzində Raqqanın şimalı və qərbində geniş bir ərazini İD-nin əlindən alaraq şəhərə bir qədər də yaxınlaşıblar.

Bu barədə daha geniş