Qarətçilər Nicky Minaj-ın paltarlarını kəsik-kəsik ediblər

Nicky Minaj Fotonun müəllifi Getty Images
Image caption Nicky Minaj son yarım ildə Beverley Hills-də az-az görünürdü

Los Angeles polisi hip-hop müğənnisi Nicky Minajın evinin qarət olunmasını araşdırır. Oğrular onun təkcə 175 min dollarlıq zinət əşyalarını aparmaqla kifayətlənməmiş, həm də paltarlarını kəsik-kəsik etmiş, şəkillərinin çərçivələrini sındırmış və ətir flakonlarını qırmışlar.

Beverley Hills ərazisində çox sayda kamera quraşdırılıb, lakin polis hələlik şübhəliləri müəyyən edə bilməyib.

"Evə kimlərin girdiyi hələ də məlum deyil" - deyib Los Angeles polisinin nümayəndəsi.

Trinidad doğumlu müğənni son vaxtlar Beverley Hills-dəki malikanəsində az-az görünürdü. Ev qarət olunanda da müğənni orada olmayıb və buna görə də polis malikanəyə nə zaman basqın edildiyini də bilmir.

Polis ehtimal edir ki, binaya 24 noyabrla 24 yanvar arasında giriblər.

TMZ portalının məlumatına görə, Minaj əslində bu malikanənin sahibi deyil və onu ayı 30 min dollara kirayələyib.

Pop ilahəsi artıq elan edib ki, ən müasir mühafizə sisteminə böyük məbləğdə pul xərcləyəcək. Amerika KİV-lərinin məlumatına görə Minaj bu qarəti "özü üçün dərs" adlandırıb.

Fotonun müəllifi Getty Images
Image caption Cəsarətli paltar seçimi Minaj-ı fərqləndirən cəhətlərdəndir

Oğruların basqını müğənninin həyatında çox da sadə olmayan dövrə təsadüf edib. Bir aydan da az əvvəl o reper Meek Milldən ayrılıb, lakin çərşənbə günü elan edib ki, ümumi işlə bağlı olduğu populyar hip-hop müğənnisi Drake-lə barışıb.

Cümə axşamı o, rəfiqəsi Beyonce-ni onun yeni hamiləliyi münasibətilə təbrik edib.

O, İnstagram səhifəsində Beyoce-un beşyaşlı qızının və Blue İvy adlı Jay Z-nin fotosunu yerləşdirib və ümid etdiyini bildirib ki, qız tezliklə doğulacaq ekizlərə yaxşı böyük bacı olacaq.

"Anaconda" hitinin ifaçısı Nicky Minaj indiyədək üç albom buraxıb. Onların hamısı beynəlxalq bestseller olub. Minaj rep aləmində sürətli və bədii oxu qabiliyyəti, habelə ingilis dilinin müxtəlif ləhcələrini təqlid etməsi ilə tanınır.

Müğənni həm də yaratdığı obrazların seksuallığı, parlaq geyim stili və saç düzümünün ekssentrikliyi ilə ad çıxarıb.

Drake-dən başqa hip-hop ulduzu Rihanna, Lil Wayne, Chris Brown, Madonna, Mayya və bir sıra digər sənətçilərlə əməkdaşlıq edib.

Əlaqəli mövzular