Trump viza qadağası barədə apelyasiya şikayəti rədd edilib

Prezident Trump-ın fərmanı ABŞ-da kütləvi etiraz aksiyaları ilə nəticələnib Fotonun müəllifi AFP
Image caption Prezident Trump-ın fərmanı ABŞ-da kütləvi etiraz aksiyaları ilə nəticələnib

ABŞ federal apelyasiya məhkəməsi Trump administrasiyasının əsasən müsəlmanlardan ibarət 7 ölkənin vətəndaşlarının ABŞ-a gəlməsini qadağan edən fərmanı dayandıran məhkəmə qərarı barədə şikayətini rədd edib.

Gecə saatlarında verilən qərara əsasən viza qadağası yalnız onunla bağlı məhkəmə prosesi bitdikdən sonra icra edilə bilər.

Məhkəmə Ağ Evə və qadağaya qarşı çıxan ştatlara işlə bağlı arqumentlərini bazar ertəsinə gədər irəli sürməyə vaxt verib.

Cənab Trump-ın keçən həftə imzaladığı qadağa fərmanı ABŞ aeroportlarında qalmaqal yaradıb və kütləvi etirazlara səbəb olub.

Şənbə günü Washington, Miami, digər ABŞ şəhərləri və bir neçə Avropa paytaxtında etiraz aksiyaları davam edib.

London, Paris, Berlin, Stokholm və Barselonada minlərlə insan etiraz aksiyalarında iştirak edib.

Fotonun müəllifi Getty Images
Image caption Cənab Trump-ın tərəfdarları fərmanı ləğv edən hökmə etiraz ediblər

Bəzi ABŞ şəhərlərində Trump tərəfdarları fərmanı dəstəkləyən aksiyalar keçiriblər.

Cənab Trump-ın fərmanı qüvvəyə mindikdən sonra təxminən 60 min viza ləğv edilib.

Lakin hakim Robart-ın qərarı fərmanın icrasını müvəqqəti olaraq dayandırıb.

Hakim Washington və Minnesota ştatlarının fərmana qarşı şikayətlərinin uğurlu olacağını düşündüyünü bildirib.

İki ştatın vəkilləri fərmanın konstitusiyaya zidd olduğunu iddia ediblər.

Onlar həmçinin qərarın müsəlmanları hədəflədiyini iddia edərək fərmanın din azadlığı hüququnu pozduğunu deyiblər.

Cənab Trump hakim Robart-ın qərarını "cəfəng" adlandırıb və qadağanı bərpa etməyə vəd edib.

Bu qərara əsasən Sudan, Yəmən, Liviya, Somali, İraq, İran və Suriya vətəndaşları 90 gün ərzində ABŞ-a daxil ola bilməz.

O, həmçinin suriyalı qaçqınların ölkədə yerləşdirilməsi üzrə proqramın qeyri-müəyyən müddətə dayandırılmasını nəzərdə tutur.

Başqa ölkələrdən qaçqınların qəbulu isə 120 gün müddətinə dayandırılır.

Bu barədə daha geniş