Rumıniya etirazlardan sonra korrupsiya fərmanını ləğv edib

Etirazçılar bir həftəyə yaxın idi ki, aksiya keçirirdilər Fotonun müəllifi EPA
Image caption Etirazçılar bir həftəyə yaxın idi ki, aksiya keçirirdilər

Rumıniyanın hökuməti bir çox siyasətçini korrupsiyaya görə cinayət təqibindən qoruya biləcək fərmanı fövqəladə iclasda ləğv edib.

Fərmanın qəbul edilməsi ölkədə 1989-da kommunizmin süqutundan sonra baş tutmuş ən böyük kütləvi etiraz aksiyalarına səbəb olub.

Təzyiqə boyun əyərək baş nazir Sorin Gindeanu bazar günü deyib ki: "Mən Rumıniyanı bölmək istəmirəm".

Buxarestdə on minlərlə etirazçı fərmanın ləğv edilməsi qərarını alqışlayıb, lakin hökuməti təzyiq altında saxlamaq məqsədilə aksiyanın davam ediləcəyi bildirilib.

Çərşənbə axşamı günü qəbul edilmiş fərman fevralın 10-da qüvvəyə minməli idi.

Etirazçıların bəziləri hələ də hökumətin itefasını tələb edir.

Senatın lideri və sabiq baş nazir Calin Tariceanu BBC-yə fərmanın xoş niyyətlə verildiyini, lakin ölkədə sabitliyin bərpa edilməsi üçün onun ləğvinin lazım olduğunu deyib.

O, həmçinin məhkəmə hakimiyyətini tənqid edərək, onun müstəqil olmadığını düşündüyünü bildirib.

"Bu gələcəkdə həll olunası aydın bir məsələdir", o deyib.

Avropa İttifaqından xəbərdarlıq

Solçu Sosial Demokrat Partiyasının (PSD) üzvü cənab Grindeanu deyib ki, o, "küçədəki səslər" daxil olmaqla "bir çox rəyləri görüb və eşidib".

Baş nazir parlamentin yeni korrupsiya qanunu müzakirə edəcəyini bildirib.

O həmçinin qeyri-qənaətbəxş kommunikasiyaya görə ədliyyə naziri Florin İordache-nin məsuliyyət daşıyacağını əlavə edib.

Fərman bir neçə xətanı dekriminallaşdırır. Fərmana görə, rüşvət alınmış məbləğ yalnız 44 min avrodan çox olarsa, vəzifə səlahiyyətlərindən sui-istifadə azadlıqdan məhrum etmə cəzası ilə nəticələnə bilər.

Qərardan ilk faydalana bilənlərdən biri Sosial Demokrat Partiyasının lideri Liviu Dragnea ola bilərdi. O, dövləti 24 min avro dəyərində aldatmaqda ittiham edilib

Fotonun müəllifi AFP
Image caption Baş nazir Grindeanu qərarını televiziya çıxışında bəyan edib

Bundan əvvəl fərmanı əsaslandırmaq üçün hökumət qərarın həbsxanalarda yer azlığını aradan qaldırmağa və bəzi qanunların konstitusiyaya uyğunlaşdırılmasına yönəldiyini bildirmişdi.

Lakin tənqidçilər fərmanın PSD-nin korrupsiya ilə məhkum edilmiş rəsmilərinin azad edilməsinə bir vasitə olduğunu iddia edirlər.

Avropa İttifaqı (Aİ) Rumıniyaya korrupsiyata qarşı mübarizədə qeriyə addım atmamaq xəbərdarlığı etmişdi.

Solçu hökumət hakimiyyətə yalnız 2015-ci ilin oktyabr ayında gəlib. Bundan əvvəl PSD-nin son lideri etirazlar nəticəsində hakimiyyəti tərk etməyə məcbur olmuşdu.

Bu barədə daha geniş