Trump qətl iddialarına qarşı Putini müdafiə edib

Hazırda Donald Trump Florida ştatındadır Fotonun müəllifi AFP
Image caption Hazırda Donald Trump Florida ştatındadır

ABŞ prezidenti Donald Trump iddia edildiyinə görə Rusiya dövlətinin törətdiyi qətllərlə bağlı sualına cavabda Rusiya prezidenti Vladimir Putini müdafiə edib.

Fox News televiziya kanalına verdiyi müsahibədə o deyib ki, "Çox qatillər var. Bizdə də çox qatillər var. Siz nə düşünürsüz? Bizim ölkə günahsızdır?"

Cənab Trump prezident Putinə hörmət etdiyini və "onunla yola getməyə" üstünlük verdiyini deyib.

O, Rusiya ilə birlikdə "islamçı terrora" qarşı mübarizə aparmaq istədiyini əlavə edib.

Bill O'Reilly-nin cənab Trumpla onun Floridadakı evində apardığı müsahibənin qısa hissələri müsahibənin bazar axşamı Fox News kanalında yayımından əvvəl efirə buraxılıb.

Cənab Putinə hörmət edib-etmədiyi barədə suala cavabında o deyib ki: "Mən ona hörmət edirəm...əslində mən çox adama hörmət edirəm. Bu o demək deyil ki, mən onunla yola gedəcəyəm."

O əlavə edib ki: "Məncə Rusiya ilə yola getmək, getməməkdən yaxşıdır və Rusiya bizə İŞİD-ə (özünü İslam Dövləti adlandıran qruplaşma) qarşı mübarizəmizdə kömək etsə, hansı ki, böyük mübarizədir, və bütün dünyada islamçı terorizmə qarşı mübarizədə bizə kömək etsə - bu çox yaxşı şeydir. Mən onunla yola gedəcəyəmmi? Heç bilmirəm."

Cənab Trump-a həmçinin onun ABŞ prezident seçkilərində milyonlarla insanın qeyri-qanuni şəkildə səs verdiyi barədə iddiasını xatırladaraq faktsız irəli sürdüyü iddiaların məsuliyyətli hərəkət olub-olmaması barədə sual unvanlanıb.

Cavabında cənab Trump deyib ki, "Sən bilirsən ki, çox adamlar mənim düz olduğumu deyiblər".

"Sən qanunsuz adamları, vətəndaş olmayanları görəndə və onlar seçici siyahılarında olanda...orda qanunsuz şəxslər var, ölülər var...çox pis vəziyyətdir."

Bu barədə daha geniş