Luvr hücumu: Yaralı şübhəli “danışmaqdan imtina edir”

French soldiers outside Louvre 04.02.2017 Fotonun müəllifi AP
Image caption Fransa bir neçə basqının ardınca təhlükəsizlik tədbirlərini onsuz da gücləndirilmişdi

Parisin Luvr Muzeyində ötən cümə iki maçete ilə əsgərlərə hücum etməkdə şübhəli bilinən şəxs müstəntiqlərlə danışmaq istəmir, ədliyyə mənbələri bildirir.

29 yaşlı misirli Abdullah Həmami olduğu düşünülən şəxs rəsmi məlumata görə əsgərlərə bıçaqlarla hücum edərkən qarnından güllə yarası alıb.

Prezident Francois Hollande hadisənin terror aktı olduğuna şübhə olmadığını deyib.

Lakin cənab Hamaminin atası fransız hakimiyyət orqanlarının hücum barədə versiyasını rədd edir.

Təqaüddə olan polis generalı Reda əl-Həmami deyib ki, oğlu terrorçu deyil. O, əksinə oğluna atəş açan əsgəri "zavallı adama qarşı zor işlətməkdə" günahlandırıb.

Lakin Fransa hakimiyyət rəsmiləri bu şəxsin hücum zamanı "Allahu-əkbər" qışqırdığını deyirlər.

Şübhəli hazırda Paris xəstəxanalarından birində müalicə olunur. Bu səhər onu qısa müddətdə dindiriblər, lakin söhbət yarımçıq qalıb. Əl-Həmami danışmaq istəmədiyini deyib.

Fotonun müəllifi Reuters
Image caption Ata oğlunun şəklini göstərib

O deyib ki, əl-Həmami sosial mediadakı şəkillərə şərh yazır və "hücumdan" az əvvəl atasından onun üçün Parisdən nə gətirməsini istədiyini soruşurmuş.

Reda əl-Həmami deyib ki, oğlu Parisdə işgüzar səfərdə olub, lakin Birləşmiş Ərəb Əmirliklərində yaşayır. Onun həyat yoldaşı və yeddiaylıq oğlu var.

Lakin polis bildirir ki, cənab Həmaminin Tvitter hesabından onun hücumdan bir neçə dəqiqə əvvəl yazdığı postlar aşkar edilib.

"Allahın adı ilə…Suriyadakı qardaşlarımız və bütün dünyada döyüşənlər üçün" - yazıb gənc.

Onun başqa bir tvitdə İslam Dövləti adlanan təşkilata müraciət etdiyi də bildirilib.

Onun çantasından iki rəngpüskürən tapılıb. Partladıcı aşkar edilməyib.

Bu barədə daha geniş