Əfqanıstan və Pakistanda qar uçqunları onlarla insanın ölümünə səbəb olub

Bəzi yerlərdə qar damların uçmasına səbəb olub Fotonun müəllifi Reuters
Image caption Bəzi yerlərdə qar damların uçmasına səbəb olub

Əfqanıstanda son üç gün ərzində 100-ə yaxın insan həyatını itirib. Onlardan 16-sı paytaxt Kabulun şimalında baş vermiş qar uçqununda tələf olub.

Şimali Pakistanda baş vermiş qar uçqunları nəticəsində 13 nəfər həyatını itirib.

Pakistanin Çitral şəhərində baş vermiş qar uçqununda 9 nəfər həlak olub və bir neçə ev məhv edilib.

Əfqanıstanin ən çox əzziyət çəkən bölgələri şimal-şərqi Bədəxşan, şərqdə yerləşən Nanqahar və Kabul yaxınlığında yerləşən Pərvan rayonları olub.

Kabulun əsas beynəlxalq aeroportu uçuş-eniş zolaqlarında qar və buzun olmasına görə bağlanıb.

Ağır qar həmçinin bəzi mühüm yolların bağlanmasına səbəb olub.

Yerli polis rəhbərinin Reuters xəbər agentliyinə verdiyi məlumata əsasən, Kabulun şimalında yerləşən Sələng keçidi 2,5 metr qalınlığında qar altında qalıb.

Rəsmilər çovğunun davam edəcəyini və nəticədə daha çox qar uçqunlarının baş verəcəyinin ehtimal olunduğu barədə xəbərdarlıq ediblər.

Bu barədə daha geniş