Trump səyahət qadağasını məhdudlaşdıran hakimi tənqid edib

Donald Trump Fotonun müəllifi AFP

ABŞ Prezidenti Donald Trump onun səyahət qadağasını məhdudlaşdıran hakimə hücum edərək bildirib ki, "əgər nəsə baş verərsə" amerikalılar məhkəmələri günahkar saymalıdırlar.

Cənab Trump onu da bildirib ki, o, sərhəd rəsmilərinə Amerikaya daxil olan insanları "çox ehtiyatla" yoxlamağı tapşırıb.

Şənbə günü federal apellyasiya məhkəməsi Trump administrasiyasının qadağanın bərpa edilməsi xahişini rədd edib.

Əsasən yeddi müsəlman ölkələrindən olan insanlara təsir göstərən qadağa, cümə günü Seattle federal hakimi tərəfindən məhdudlaşdırılıb.

Bu isə o deməkdir ki, cənab Trump-ın sərəncamı yeni dinləməyə qədər kənarda qalacaq və İraq, Suriya, İran, Liviya, Somali, Sudan və Yəməndən olan viza sahibləri ABŞ-a daxil ola biləcəklər.

Ağ Ev və qadağa ilə razılaşmayan iki ABŞ senatına əlavə arqumentlər təqdim etmək üçün bazar ertəsinədək müddət verilib.

Bu barədə daha geniş