Rumıniyada fərmanın ləğvindən sonra etirazlar davam edir

Bazar günü Buxarestdəki etirazçılar telefonlarından eyni vaxtda işıq saçıblar Fotonun müəllifi AP
Image caption Bazar günü Buxarestdəki etirazçılar telefonlarından eyni vaxtda işıq saçıblar

Hökumət etirazçıların qəzəbinə səbəb olan mübahisəli fərmanı ləğv etməsinə baxmayaraq, 500 min rumıniyalı ölkə boyunca aksiyalara davam edib.

Solçu hökumət bir çox siyasətçini korrupsiyaya görə cinayət təqibindən qoruya biləcək fərmanı bazar günü keçirilən fövqəladə iclasda ləğv edib.

Lakin etirazçılar, fərmanı əvəzləyəcək və parlamentdə müzakirə ediləsi yeni fərmandan da narazı olduqlarını bildirirlər.

Onların bəziləri Baş nazir Sorin Grindeanu-nun hökumətinin istefa verməsini istəyirlər.

Fərmanla bağlı qalmaqal ölkədə 1989-cu ildə kommunizmin süqutundan sonra baş tutmuş ən böyük kütləvi etiraz aksiyalarına səbəb olub.

Bazar günü paytaxt Buxarestin Qələbə Meydanı etirazçılarla altıncı ardıcıl gün idi ki, dolmuşdu.

Etirazçılar nəhəng lazerlə Baş nazirin ofisi yerləşən hökumət binasının uzərinə "Vaz keçmə" və "İstefa" sözlərini saçıblar.

"Bu hökumət yüksək səviyyədən aşağıyadək mafiya kimi təşkil olunub", etirazçılardan biri, Profira Popo Associated Press xəbər agentliyinə deyib.

Fotonun müəllifi EPA
Image caption Etirazçılar bir həftədir ki, aksiyalar keçirirlər

Fərman nəyi dəyişəcəkdi?

Fərman korrupsiya ilə bağlı bir neçə qanun pozuntusunu dekriminallaşdırmalı idi.

Fərmana görə, rüşvət alınmış məbləğ yalnız 44 min avrodan çox olarsa, vəzifə səlahiyyətlərindən sui-istifadə azadlıqdan məhrum etmə cəzası ilə nəticələnə bilərdi.

Qərardan ilk faydalana bilənlərdən biri Sosial Demokrat Partiyasının lideri Liviu Dragnea ola bilərdi. O, hazırda dövləti 24 min avro dəyərində aldatmaqda ittiham edilir.

Bundan əvvəl fərmanı əsaslandırmaq üçün hökumət qərarın həbsxanalarda yer azlığını aradan qaldırmağa və bəzi qanunların konstitusiyaya uyğunlaşdırılmasına yönəldiyini bildirmişdi.

Bu barədə daha geniş