Britaniya parlamentinin spikeri: Trump burada çıxış etməsin

John Bercow
Image caption John Bercow

Birləşmiş Krallıq parlamentinin icmalar palatasının spikeri John Bercow ABŞ prezidenti Donald Trump-ın Britaniyaya rəsmi səfəri ərəfəsində parlamentdə çıxışına "qarşı olduğunu" deyib.

Cənab Bercow millət vəkillərinə "seksizm və irqçiliyin çox mühüm" məsələlər olduqlarını deyib.

Çıxışından sonra cənab Bercow Şotlandiya Milli Partiyasının millət vəkilləri tərəfindən alqışlanıb.

Cənab Trump keçən ay Britaniyanın baş naziri Theresa May ilə Washinton-da görüşündən sonra Britaniyaya rəsmi səfərə gəlməyə dəvət edilib.

Dəvəti geri almaq tələb edən və 1,8 milyon nəfərin imzaladığı petisiya parlament tərəfindən fevralın 20-si müzakirə ediləcək.

Millət vəkillərinin sualına cavabında verdiyi çıxışda, cənab Bercow parlamentin icmalar və lordlar palatalarında çıxış etməyin "avtomatik haqq yox... qazanılmış şərəf" olduğunu deyib.

O, cənab Trump mübahisəli viza qadağası fərmanından öncə də onun çıxışına qarşı olduğunu, lakin bu fərmandan sonra onun çıxışına "daha çox qarşı" olduğunu bildirib.

Əlaqəli mövzular

Bu barədə daha geniş