Fox News aparıcısı: Putin üzrxahlığımı gözləməli olacaq

Donald Trump və Bill O'Reilly çoxdandır ki, tanışdırlar Fotonun müəllifi Getty Images
Image caption Donald Trump və Bill O'Reilly çoxdandır ki, tanışdırlar

Rusiya prezidenti Vladimir Putini qatil adlandıran Fox News kanalının aparıcısı və jurnalist Bill O'Reilly Rusiyanin üzr istəməsi tələbini rədd edib.

"Mən üzrxahlıq bildirmək üzərində işləyirəm, lakin bu bir az vaxt tuta bilər. Siz bəlkə gəlib məndən bir də 2023-də soruşasınız?", - jurnalist zarafat edib.

Cənab O'Reilly mübahisəli iddiasını ABŞ Prezidenti Donald Trump-la bazar günü keçirdiyi müsahibəsində dilə gətirib.

Cənab Putinə hörmət edib-etmədiyi barədə suala cavabında o deyib ki: "Mən ona hörmət edirəm... əslində mən çox adama hörmət edirəm. Bu o demək deyil ki, mən onunla yola gedəcəyəm."

Prezident "məncə Rusiya ilə yola getmək, getməməkdən yaxşıdır... Mən onunla yola gedəcəyəmmi? Heç bilmirəm", dediyi an, aparıcı onun sözünü kəsərək, "amma o qatildir. Putin qatildir", deyib.

Cavabında cənab Trump Vladimir Putini müdafiə edib: "Çox qatillər var. Bizdə də çox qatillər var. Siz nə düşünürsüz? Bizim ölkə günahsızdır?"

Müsahibənin yayımından sonra, prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov "biz bu cür sözləri qəbuledilməz və təhqiramiz sayırıq" deyib. Dmitri Peskov deyib ki, Fox News aparıcısının üzrxahlığını eşitmək istərdi.

Lakin Donald Trump-ın bu iddianı təkzib etməməsinə dair suala cavabında, cənab Peskov şərh verməkdən yayınıb.

"ABŞ prezidentinin sözlərinə gəldikdə... bu barədə hələ ki, şərh verməyəcəm".

Bu barədə daha geniş