Trump-ın Ali Məhkəməyə namizədi onu tənqid edib

Neil Gorsuch Fotonun müəllifi EPA

ABŞ prezidenti Donald Trump-ın Ali Məhkəmə üzvlüyünə namizədi Neil Gorsuch prezidentin məhkəmə hakimiyyətinə hücumlarını "ruh düşgünlüyü" yaradan adlandırıb.

Öz sözçüsü tərəfindən təsdiqlənən sözləri, hakim Gorsuch bir Demokrat partiyasının senatoruna deyib.

Cənab Gorsuch qeyd edilən sözləri prezident Trump-ın onun səyahət qadağasını dayandıran hakim James Robart-a Twitter-lə hücumlarından sonra deyib.

Cənab Trump deyib ki, "hakim adlandırılan" Robart gələcəkdə ABŞ ərazisində baş verəcək terror aktlarına görə məsulliyət daşıyacaq. Prezident hakimə hücumlarını həftəsonu günləri edib və çərşənbə günü onun qadağasına qarşı olan federal hakimləri siyasi şəkildə hərəkət etməklə təqsirləndirib.

4 fevrlada Seattle şəhərinin məhkəməsi prezident Donald Trump-ın sərəncamının icrasını müvəqqəti dayandıran hökm çıxarmışdı.

Bundan bir gün keçmiş ABŞ federal apellyasiya məhkəməsi Trump administrasiyasının əsasən müsəlmanlardan ibarət 7 ölkənin vətəndaşlarının ABŞ-a gəlməsini qadağan edən fərmanı dayandıran məhkəmə qərarı barədə şikayətini rədd edib.

Neil Gorsuch-ın Ali Məhkəməyə namizədliyi Donald Trump tərəfindən fevralın 1-i irəli sürülüb. Colorado-lu hakim mühafizəkar mövqeyinə görə tanınır. 49 yaşlı hakim hazırda ABŞ-ın 9-cu dairəsində apelyasiya məhkəməsində xidmət edir.

Bu barədə daha geniş