Madonna övladlığa götürdüyü Malavi əkizlərinin fotolarını Instagram hesabında paylaşıb

Madonna Instagram post Fotonun müəllifi Instagram
Image caption Madonna Instagram-da yerləşdirdiyi bu foto ilə əkizləri övladlığa götürməsini təsdiqləyib

Madonna, Malavidən övladlığa götürdüyü əkizlərinin fotolarını Instagram hesabında paylaşaraq prosesin bitdiyini təsdiqləyib və əkizlərin ailəsində olmasına şaddır.

"Bunun həyata keçməsində kömək edən bütün malavililərə ürəkdən minnətdaram," o yazıb.

Müğənni həmçinin, mediaya müraciətlə, "bu keçid dövründə" şəxsi həyatlarına hörmətlə yanaşılmasını istəyib.

Malavi məhkəməsi ona övladlıq icazəsini, çərşənbə axşamı günü verib.

Onun ailəsində bu Afrika ölkəsindən övladlığa götürdüyü artıq iki övladı var - David 2006-cı ildən və Mercy 2009-cu ildən.

Fotonun müəllifi Getty Images
Image caption Madonna Malavi məhkəməsini sağlam olduğuna və əkizlərin qayğısına qala biləcəyinə inandırıb

İki həftə bundan əvvəl Malaviyə xeyriyyə səfərində olan Madonna, övladlığa uşaq götürməsi məlumatlarını təkzib etmişdi.

Lakin, çərşənbə günü məhkəmə sənədləri göstərib ki, müğənni özünü, Esther və Stella adlı dörd yaşlı əkiz bacıları övladlığa götürməkdə borclu bilib.

Buna səbəb isə xeyriyyə məqsədilə baş çəkdiyi uşaq evində, bacıların keçmiş həyatları ilə tanışlığı olub.

Sənədlərə əsasən, onların anaları doğuş zamanı ölüb və ataları başqa bir qadınla ailə qurur. Nənə və babaları isə əkizləri böyütmək imkanında olmayıblar.

Hakim Fiona Mwale deyib ki, müğənni əkizlərə, ABŞ-ın "varlı məhəllələrindən birində dəbdəbəli, geniş və rahat evdə" sevgi ilə baxa bilmək gücündədir.

O həmçinin bildirib ki, baxmayaraq ki, 58 yaşlı Madonna "valideynlik üçün hesab olunan yaş həddindən artıq yaşa sahibdir", o, bizə sağlam olduğunu sübut edən dəlil təqdim edə bilib.

"Gördüyü xeyriyyə işləri onu uşaq evlərinə gətirir... və bu əlaqənin nəticəsində o, əkizlərin həyatındakı boşluğu dolduraraq onlara öz evini açmaq qərarına gəlib," hakim söyləyib.