Trump komandası İslam haqqında nə düşünür?

Three Muslim women protest Donald Trump's immigration order. Fotonun müəllifi Getty Images

Donald Trump İslamın bir din olduğunu bilirmi görəsən?

Bu birbaşa sual, ötən həftə radioya müsahibəsi zamanı prezident köməkçisinin assistenti Sebastian Gorka-ya verilib. Onun cavabı isə, birbaşa olmayıb.

"İslamın din olub olmaması, müzakirə mövzusu deyil," o cavab verib. "Söhbət radikal İslam terrorizmindən gedir. Biz mümkün təhlükəyə qarşı hazır olmalıyıq. Biz onu Obama administrasiyası kimi gözə soxub silməyəcəyik."

Bəs İslam dindirmi?

"Məncə sualı siz onun özünə verməlisiniz," Gorka davam edib. "Amma, deməliyəm ki, bu, onun 18 ay qabaq dediyi hər şeyi səhv anlamaq mənasına gələcək."

Cənab Trump-ın ötən il yarım ərzində dediklərinə diqqətlə nəzər salsaq, məsələ daha qəlizləşir, eləcədə, yeni prezidentə yaxın olan müşavirlərin fikirləri.

Cənab Trump dəfələrlə "radikal İslam terrorizmi" təhlükəsi ilə bağlı xəbərdarlıq edib. O, sözləri ilə Barack Obama-nı hədəf alsa də, Obama prezident ikən bu ifadədən istifadə etməyib.

O, Cənab Obama və Hillary Clinton-u İslam Dövləti adlı qruplaşmanın "yaradıcıları" kimi təqdim edib. İraqda qətlə yetirilən ABŞ-ın müsəlman əsgərinin valideynləri ilə mübahisəyə girib. Yeni prezident, ABŞ-a gəlmək istəyən müsəlmanlara müvəqqəti qadağa qoyub və ABŞ-da olan müsəlmanlar üçün isə "izləmə siyahısı" yaradılmasını təklif edib.

Bu siyasi qərar və hərəkətlər, tənqidçilərin dediyi kimi, Cənab Trump-ın anti-islam siyasətini formalaşdırır.

"Əvvəldən sona kimi 2016-cı il prezident seçkiləri islamafobiyanın olduğunu, potensial və siyasi olaraq əvvəlki kimi rezonans doğurduğunu göstərdi," Detroit Universitetindən professor Xalid Baydun yazır. "İslamı qapazaltı etmək və müsəlmanları günahlandırmaq, seçki kampaniyasının mesajı deyildi, Donald Trump üçün qələbə strategiyası idi."

Fotonun müəllifi Getty Images
Image caption Donald Trump bir dəfə deyib ki, o düşünür ki, İslam ABŞ-a nifrət edir

Trump-ın nəticəsinə xilaf çıxacağı anlar da olub.

"Məncə, İslam bizə nifrət edir," 2016-cı ilin mart ayında verdiyi müsahibələrin birində o deyib.

Başqa vaxtlar o, daha kəskin tonla İslam dininə mənsub 1.6 milyard insanla, qismətinə müsəlman olmaq dayanan "pis və təhlükəli adamlar" arasında fərq də cızıb.

"Mən müsəlmanları sevirəm," Cənab Trump 2015-ci ilin sentyabrında söyləmişdi. "Məncə, onlar, əla insanlardır."

Əgər prezident administrasiyası, Oval Otaqda oturan kişi ilə eyni fikirdədirsə, onun ətrafındakı yüksək vəzifəli müşavirlərin də bu cür düşünməsi heç təəccüblü gəlməməlidir.


Antaqonistlər

Cənab Trump-ın ən tanınmış müşavirləri, prezidentin anti-müsəlman ifadələrinə müsbət yanaşanlardır.

Bunlara Milli Təhlükəsizlik Müşaviri Michael Flynn, baş müşavir Steve Bannon və baş prokuror Jeff Sessions daxildir.

Cənab Flynn, misal üçün, İslamı, "din anlayışı altında gizlənən siyasi ideologiya" adlandırıb.

Fotonun müəllifi Getty Images
Image caption Michael Flynn (ortada) və Stephen Bannon (sağda) İslam dininə qarşı tənqidi mövqeyə malikdirlər

O, dini "bədxassəli xərçəng" ilə müqayisə edərək Twitter hesabında müsəlmanlardan qorxunu "rasional" adlandırıb.

Cənab Trump-ın prezident kampaniyasında əsas mövqeni tutmamışdan öncə, milliyyətçi Breitbart media səhifəsinin rəhbəri olan Cənab Bannon, İslamı, "dünyanın ən radikal dini" adlandırıb və müsəlmanların "Birləşmiş Ştatlarda beşinci sütun" təşkil etdiklərini bildirib.

Cənab Trump-ın immiqrasiya siyasətinin memarı hesab olunan Mr Sessions isə, aşağıdakı sözləri söyləyib:

"Bizdə zəhərli bir ideologiya mövcuddur, ümid edirəm ki, İslam dinində bu daha azdır. Əminliklə, bir çox insan, bir çox müsəlman bu zorakı və cihadçı yanaşma ilə razılaşmır. Və biz bunu müəyyənləşdirmək üçün, daha yaxşı üsullar tapmalıyıq."


Praqmatistlər

Ağ Evdə daha həlim başlar da var, təbii ki. Müdafiə Katibi James Mattis ABŞ-ın İslam dünyası ilə müttəfiqliyinə ehtiyac duyduğunu bildirərək deyib ki, cihadçı qruplar "yanlış dini zireh geyiniblər."

Trump administrasiyasına qoşulmamışdan əvvəl Cənab Mattis - vitse-prezident Mike Pence də daxil olmaqla - müsəlmanlara immiqrasiya qadağasını tənqid edən respublikaçılardan biri idi. Onlar bildirirdilər ki, "bu hazırda bizə, böyük ziyan vurur və beynəlxalq sistemə də şok dalğalarını göndərir."

Video: Prezident Trump: "Bu müsəlmanlara qarşı qadağa deyil, amma biz tamamilə hazırıq"

Öz təsdiq vərəqələrində o, bildirmişdi ki, amerikalı müsəlman əsgərlərlə çiyin-çiyinə vuruşublar.

Bannonun prezident müşavirliyi namizədliyinə əsas rəqiblərdən biri və Ağ Ev heyətinin başçısı Reince Priebus isə bildirib ki, heç bir müsəlman əsgəri qeydə alınmayacaq.

"Həmin dinin bəzi aspektləri var ki, problemlidirlər," Priebus İslam haqqında deyib. "Təbii ki, bunu bütün dinə şamil etmək olmaz."


Ritorik dəyər

Trump-ın müsəlmanlara qarşı Ağ Evdəki münasibəti, qətiyyən akademik deyil. Qaçqınların yerləşməsi və əsasən müsəlmanların olduğu yeddi ölkədən immiqrasiya ilə bağlı prezidentin verdiyi qərarları çətin vəziyyətə salan iddialarını, Cənab Trump-ın rəqibləri hirsli ritorika adlandırır və müsəlmanlara qarşı konstitusiyaya zidd siyasətin sübutu kimi heyətinin yarısını göstərirlər.

Keçmiş prezidentlər, onların İslam dini ilə heç bir problemləri olmadığını söyləyir və ya müsəlman xalqları üçün və ya onlara qarşı ABŞ-ın hərbi gücündən, balasanlaşdırıcı vasitə kimi istifadə etdiklərini deyirdilər.

"Terrorun üzü, İslamın əsl üzü deyil," Cənab Bush, Dünya Ticarət Mərkəzinə edilən 11 sentyabr hücumundan az sonra bildirmişdi. "Bu İslam deyil. İslam sülh dinidir."

Fotonun müəllifi Getty Images
Image caption George W Bush prezident olduğu dövrdə İslamı sülh dini adlandırıb

Sonralar isə o, müsəlman ölkələri Əfqanıstan və İraqa qarşı işğala başlayır.

Cənab Obama da bənzəri şərhlər verərək, deyirdi: "Bizim kimi qayda, sülh və firavanlıq istəyən 99.9% müsəlmanlar ilə özümüzü eyni sıraya qoymaqdan başqa mühüm heç nə yoxdur."

2016-cı ildə onun əmri ilə Suriya, İraq, Əfqanıstan, Liviya, Yəmən, Somali və Pakistan kimi müsəlman ölkələrinə bombalar atılıb.

Cənab Trump-ın sələfləri kimi eyni ritorik örtük dəbdəbəsi yoxdur. Onun prezident kimi hərəkətlərini keçmiş bəyanatları rəngləyir. Eləcə də onun müşavirlərinin.

Onun immiqrasiya ilə bağlı qərarına gələn əsəbi reaksiya buna bir misaldır - və əminliklə demək olar ki, bu sonuncu da olmayacaq.

Bu barədə daha geniş