Hollandiya: 1 milyard ekstaz həbi üçün xammal müsadirə edilib

Hollandiya Fotonun müəllifi DEA

Niderland polisi narkotik maddələrin istehsalı üçün lazım olan xammalı müsadirə edib.

Məlumata görə bu xammaldan bir milyard həb hazırlamaq olar. Yük Hollandiyanın Belçika ilə sərhədində yerləşən Zelandiya əyalətindəki kəndlərdən birindəki yük avtomobilində aşkarlanıb.

Polis bu xammaldan istifadə edilərək hazırlanacaq narkotikanın qiymətini dəqiqləşdirməyib.

Bundan başqa hüquq-mühafizə orqanları yük maşınının sahibi barədə və bununla bağlı kiminsə həbs edilib -edilməməsi barıdə məlumat verməyib.

Niderland qeyri-qanuni ekstaz istehsalının əsas mərkəzlərindən biri sayılır.