Mətbuat: George və Amal Clooney əkiz uşaq gözləyirlər

George və Amal Clooney Fotonun müəllifi AFP
Image caption George və Amal Clooney

Amerikalı aktyor George Clooney və onun britaniyalı vəkil xanımı Amal Clooney əkiz uşaq gözləyirlər. Bu barədə Amerika mətbuatı məlumat yayıb.

CBS kanalının aparıcısı Julia Channon-un məlumatına görə , körpənin iyun ayında doğulacağı gözlənilir. "People" jurnalı ulduzlara yaxln mənbəyə istina edərək, valideynlərin xoşbəxt olduğunu yazıb.

Clooney ailəsinin nümayəndələri Amalın hamiləliyi barədə məlumatlara açıqlama verməyiblər. Cütlüyün valideyn olacağı barədə şaiyələr hələ yanvar ayında, Amal Clooney tədbirlərdən birinə geniş paltarda gəldikdən sonra yayılmağa başlamışdı.

George Clooney və Amal Alamuddin 2014-cü ilin sentyabrında Venesiyada evləniblər. 39 yaşlı Amal bir çox səs-küylü məhkəmə işələrində vəkil qismində çıxış edib.

Xüsusilə xanım vəkil Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonu, "Wikileaks"ın yaradıcısı Julian Assange-ı və azərbaycanlı jurnalist Xədicə İsmayılovanı müdafiə edib.

55 yaşlı George Clooney isə bir sıra nüfüzlu kino mükafatlarının sahibidir. O, iki dəfə "Oscar" mükafatına layiq görülüb.

Bu barədə daha geniş