Fransalı fermer miqrantlara kömək etdiyinə görə cərimə olunub

Cedric Herrou fermasında yeniyetmələr də daxil olmaqla onlarla miqranta ev açıb Fotonun müəllifi AFP
Image caption Cedric Herrou fermasında yeniyetmələr də daxil olmaqla onlarla miqranta ev açıb

Cedric Herrou Fransanın cənub-şərqində yerləşən Roya vadisindəki fermasında onlarla miqranta sığınacaq verib.

O, tərəfdarları tərəfindən humanist andlandırılıb və miqrantlara köməyə davam edəcəyinə and içib. Herrou bunu insanlıq borcu adlandırır.

Aprel və may seçkilərinin qarşıdan gəldiyi bir məqamda miqrasiya, əsas məsələdir.

Nice prokuroru ona səkkiz aylıq şərti cəza istəyib.

37 yaşlı cənab Herrou, Orta Şərq və Afrikadakı yoxsullaqdan qaçan miqrantlara yardım əli uzadan sadə avropalılar üçün simvola çevrilib.

Ötən ay baş tutan məhkəmə prosesi zamanı o deyib ki, "bəzi adamlar çətinlik içindədirlər".

"Yolda həyatını itirən insanlar, əziyyət çəkən ailələr olduğu kimi, yerlərə sərhədlər çəkən və nəticələr üzərində idarəsi olmayan dövlət mövcuddur," onun sitatını Le Monde qəzeti yayıb.

Fotonun müəllifi AP
Image caption Yanvarda məhkəmə prosesinə gedən Cənab Herrou-nu dəstəkləyənlər

Deyilənlərə görə, fermer evində hələ də Sudan və Eritreyadan olan yeniyetmələri saxlayır.

Cənab Herrou-n, dövlət dəmiryolu şirkəti SNCF-ə məxsus istifadəsiz tətil kurortuna yerləşdirdiyi 50 eritreyalı da daxil olmaqla, digər ittihamlarına bəraət qazandırılıb.

AFP xəbər agentliyinin bildirdiyinə əsasən, cənubi Fransa məhkəmələrində buna bənzər bir neçə hal yaşanıb.