Əliyevsiz gün, "Düşüncəsiz hərəkət", Trump qadağasına qadağa - həftə 5 fotoda

Keçdiyimiz həftə ən yadda qalan hadisələr hansılar oldu? Baş verənləri 5 fotonun diliylə izləyin.

Fotonun müəllifi COURTESY PHOTO

1. Rusiya və İsrail vətəndaşı bloqçu dövlət əleyhinə yönələn açıq çağırışlar və Azərbaycan sərhədini qanunsuz olaraq keçmə maddələri ilə təqsirləndirilən bloqçu Aleksandr Lapşin Belarusdan xüsusi təyyarə ilə Azərbaycana ekstradisiya edilib.

Bloqçu Aleksandr Lapşinin anası Bella Lapşin oğlunun bu dəfə "düşüncəsiz hərəkət" etdiyini, lakin ümumiyyətlə "heç vaxt həbslə nəticələnəcək hərəkətə yol verməyən insan" olduğunu deyib.

Bloqçu Rusiya və İsrail vətəndaşıdır.

Fotonun müəllifi EUROPEAN PHOTOPRESS AGENCY
Image caption Artıq İraq, Suriya, İran, Liviya, Somali, Sudan və Yəməndən olan viza sahibləri ABŞ-a daxil ola biləcəklər

2. ABŞ-da Apellyasiya məhkəməsi yeni prezident Donald Trump-ın, əhalisinin çoxu müsəlman olan 7 ölkədən gələn qonaq və qaçqınlara şamil edilən səyahət qadağası barədə sərəncamını bərpa etməkdən imtina edib.

Donald Trump səyahət qadağası ilə bağlı sərəncamı yanvarın 25-də imzalayıb və bundan sonra ABŞ və xarici hava limanlarında qarışıqlıq yaranıb.

Fotonun müəllifi EMMANUEL DUNAND/ Getty

3. Brüsseldə İlham Əliyevlə danışıqlardan əvvəl jurnalistlərlə görüşən Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker günün "gözəl hissəsinin" başa çatdığını deyib.

"Mən indi Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcəyəm, demək, günün gözəl hissəsi başa çatdı".

Fotonun müəllifi Reuters
Image caption Türk hərbi qüvvələri

4. Türkiyə Silahlı Qüvəllərinin yaydığı bəyanatda bildirilir ki, Rusiya hərbi təyyarəsi Suriyanın şimalında İD-ə qarşı hərbi əməliyyatda iştirak edən türk əsgərlərinə təsadüfən etdiyi hücum nəticəsində 3 əsgər həyatını itirib və 11 əsgər yaralanıb.

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Recep Tayyip Erdoğana zəng edərək hadisəyə görə başsağlığı verib.

Fotonun müəllifi Reuters
Image caption Nəhayət dincəlmək olar!

5. ABŞ-ın sabiq prezidenti Barack Obama vəzifəsini tərk etdikdən sonra ilk tətilini britaniyalı milyarder Richard Branson-un Kariblərdəki şəxsi adasında keçirib.