İngiltərə: 100 milyon manat dəyərində kokain aşkar olunub

İki fərqli sahildə tapılan çantalarda təxminən 100 milyon manat dəyərində kokain var Fotonun müəllifi NCA
Image caption İki fərqli sahildə tapılan çantalarda təxminən 100 milyon manat dəyərində kokain var

Sahilə çıxan kokainin qara bazarda qiyməti təxminən 100 milyon manatla (£50m) ölçülür, Milli Cinayət Agentliyi (MCA) bildirir.

Təxminən 360 kq narkotik vasitə, Great Yarmouth yaxınlığındakı Hopton çimərliyi və Caister yaxınlığındakı çimərlikdən aşkar olunub.

Bir vətəndaş Norfolk Polisinə zəng vuraraq Hopton çimərliyində kokainlə dolu kisələrin olduğu bağlamalar tapdığını bildirib.

Polisin hələ də ərazidə axtarışı davam etdirdiyi bildirilir.

Image caption Çimərliklərdə axtarışlar davam etdirilir

"Biz artıq Sərhəd Qüvvələri, Sahil Təhlükəsizliyi Agentliyi və Norfolk Polisi ilə birgə işləyirik və çantaların buraya necə gəldiyini araşdırırıq. Çox güman ki, bura, kokain sahiblərinin nəzərdə tutduqları ünvan deyil", MCA sərhəd araşdırma dəstəsindən Matthew Rivers deyib.

"Bu, təbii ki, yüksək dərəcəli narkotik maddələrin müsadirəsidir və kriminal dəstələr üçün böyük itkidir".

"Bütün bağlamaları ələ keçirdiyimizə inanırıq. Lakin vətəndaşlardan yenisini gördükləri halda, dərhal Norfolk Polisinə müraciət etmələri tələb olunur", Norfolk Polisindən müfəttiş Dave Buckley bildirib.

"Vəziyyəti araşdırmaq üçün əraziyə əlavə polis cəlb olunacaq."

Fotonun müəllifi NCA
Image caption Norfolk-un narkotika üçün nəzərdə tutulmuş ünvan olmadığı güman edilir