Donald Trump yeni səfər qadağanını nəzərdən keçirir

Cənab Trump-ın səyahət qadağası ABŞ aeroportlarında xaosa səbəb olmuşdu. (Chicago 7 fevral 2017) Fotonun müəllifi Getty Images
Image caption Cənab Trump-ın səyahət qadağası ABŞ aeroportlarında xaosa səbəb olmuşdu

Məhkəmələr onun bəzi ölkələrin vətəndaşlarının ABŞ-a girişini qadağan edən ilkin cəhdini dayandırdıqdan sonra, prezident Donald Trump səfər qadağanının tətbiqi üçün yeni fərman nəzərdən keçirdiyini bildirib.

Cənab Trump rəsmi təyyarəsində jurnalistlərə yeni fərmanı bazar ertəsi və ya çərşənbə axşamı imzalaya biləcəyini deyib.

Prezident bu sözləri onun səfər qadağanını dayandıran məhkəmə qərarının San Francisco apelyasiya məhkəməsi tərəfindən qüvvədə saxlanmasından sonra deyib.

Prezident Trump-ın fərmanı əsasən yeddi müsəlman ölkəsi vətəndaşlarının ABŞ-a girişini qadağan etmişdi.

Hazırda yeni ABŞ immiqrasiya fərmanının məzmunu məlum deyil.

Cənab Trump yeni fərmana "çox az" dəyişiklik tətbiq edəcəyini deyib, lakin nəzərdən keçirilən yeni qadağanın detallarını açıqlamayıb.

Cənab Trump-ın cümə günü dediklərinə baxmayaraq, onun administrasiyası ilkin səyahət qadağanını dayandıran Seattle məhkəmə qərarının ləğv edilməsini hələ də məhkəmələrdə təqib edə bilər.

Cənab Trump jurnalistlərə "biz bu döyüşü qazanacağıq" deyib, və əlavə edib ki, "Təəssüf ki, bu çox vaxt çəkir...lakin yeni əmr daxil olmaqla bizdə başqa seçimlər də var".

Bu barədə daha geniş