Almaniya: Erdoğan barədə şeirin qadağası qüvvədə qalacaq

Jan Boehmermann Fotonun müəllifi EPA
Image caption Şeir efirə getdikdən sonra polis Almaniya məzhəkəçisinə mühafizə təşkil edib

Almaniya məhkəməsi Türkiyə prezidenti Recep Tayyip Erdoğanı lağa qoyan satirik şeir üzərindəki qadağanı qüvvədə saxlayıb.

Hamburq məhkəməsi bildirib ki, ötən may ayında verdiyi hökmün üstündə durur və Jan Boehmermann-ın şeiri və ya onun hər hansı parçaları dərc oluna bilməz.

İndiyədək başqa şeirləri də qadağan olunmuş satirik şair deyib ki, məhkəmənin hökmündən apelyasiya şikayəti edəcək.

İlk dəfə 2016-cı ildə efirə verilmiş şeir Almaniyada ifadə azadlığına dair debatlara və Türkiyə ilə diplomatik qarşıdurmaya səbəb olmuşdu.

Boehmermann-in vəkili Christian Schertz cümə günü deyib ki, hökmdə "bədii ifadə azadlığı" nəzərə alınmayıb.

Lakin məhkəmənin hökmündə deyilir ki, "bədii ifadə azadlığı ilə qorunan satira, bu satira başqa insanın şəxsi azadlığına toxunanda qadağan edilə bilər".

Bununla yanaşı məhkəmə etiraf edib ki, hər hansı dövlət başçısı adi vətəndaşdan daha sərt tənqidə hazır olmalıdır.

Şeirdə Erdoğanın söz azadlığı üzərinə hücumu satira atəşinə tutulur, lakin eyni zamanda bəzi seksual işarələr də edilirdi.

Fotonun müəllifi AP
Image caption Prezident Recep Tayyip Erdoğan məhkəməyə cinayət məsuliyyəti tələb edən iddia verib

Şeir ötən martda Almaniya televiziyasında efirə verildikdən sonra Erdoğan məhkəməyə cinayət məsuliyyəti tələb edən iddia verib.

Cinayət üzrə ittihamlara sonradan xitam verilsə də, şeir Almaniyada qadağan olaraq qalır.

Almaniya şairinə qarşı ittiham 19-cu əsrdən qalma cinayət maddəsinə görə verilib. Bu maddədə xarici dövlətin başçısını təhqir etmək cinayət hesab olunur.

Kansler Angela Merkel bu maddənin 2018-ci ilədək Cinayət Məcəlləsindən çıxarılmalı olduğunu deyib.

Bu barədə daha geniş