Braziliya polisi ilə Vitoriadakı tətilin başa çatması barədə razılıq əldə olunub

Police officers carry a body during a military police strike in Vitoria, Espirito Santo, Brazil February 10, 2017. Fotonun müəllifi Reuters
Image caption Polis həmkarlar ittifaqları deyir ki, polisin tətili ilə əlaqədar zorakılıqlarda 120 nəfər həlak olub

Braziliyanın Espirito Santo şəhərində tətilə çıxan polislərə onlara qarşı qiyamçılıq ittihamı ilə cinayət işi açılacağı barədə məlumat verildikdən sonra bir həftədir ki, davam edən aksiyanın başa çatması barədə razılıq əldə olunub.

Bu tətil şəhərdə təhlükəsizlik boşluğu yaratmışdı və buna görə başlanmış zorakılıqlarda 120 nəfər həlak olub.

Etiraz aksiyası daha yüksək maaş tələb edən polis ailələri qışlalarda barrikadalar qurduqdan sonra başlanıb.

Polis işə şənbə günü başlamalı idi.

Braziliya qanunlarına görə küçələrdə patrul keşiyi çəkən hərbi polisin tətil etmək hüququ yoxdur.

Cümə günü hökumət tətil edən 700 polis nəfərinə qarşı qiyamçılıq ittihamı ilə cinayət işlərinin açılacağını bildirmişdi.

Fotonun müəllifi AP
Image caption Polis ailələri daha yüksək maaş və daha yaxşı həyat şəraiti tələb edirdilər
Fotonun müəllifi Reuters
Image caption Tətil zamanı hərbi polislərin çoxu qışlaları tərk etməyib

Ştatın hökuməti tətil edən polisin yerini doldurmaq üçün şəhərə 3 minlik əsgəri qüvvə çağırmışdı.

Buna bənzər etirazlar Rio de Janeyroda da baş verib, lakin orada polis küçə patrul xidmətini dayandırmayıb.

Ştatın rəsmiləri deyirlər ki, Espirito Santoda öldürülənlərin əksəriyyəti quldur dəstələrinin üzvləri olub.

Rəsmilər deyirlər ki, barrikadalar quran polis ailə üzvlərinə qarşı da cinayət işləri qaldırıla bilər.

Espirito Santoda büdcə böhranı nəticəsində ictimai xidmətlərin maliyyələşməsində çətinliklər çəkən bir çox Braziliya ştatlarından biridir.

Bu barədə daha geniş