Şimali Koreya ballistik raketini sınaqdan keçirib

Seoul şəhərində sərnişinlər Şimali Koreyanın raket sınağı haqqında xəbərləri izləyir Fotonun müəllifi Reuters
Image caption Son il ərzində Şimali Koreya bir sıra raket testlərini həyata keçirib

Şimali Koreya ballistik raketini sınaqdan keçirib. Bu, ABŞ prezidenti Donald Trump-ın hakimiyyətə gəlməsindən bəri ilk belə sınaqdır.

Cənab Trump Yaponiyanın Baş naziri Shinzo Abe-ni əmin etməyə çalışıb ki, Amerika "böyük müttəfiqi Yaponiyanın arxasında dayanır, 100 faiz".

Raket şərq istiqamətində, Yaponiya Dənizinə doğru 500km uçub, Cənubi Koreya rəsmiləri deyir.

Cənab Abe deyib ki, sınaq "tamamilə qəbuledilməzdir". Yaponiya rəsmilərinə əsasən, raket ölkənin ərazi sularına daxil olmayıb.

ABŞ-a səfəri zamanı birgə mətbuat konfransında çıxış edərkən cənab Abe deyib ki, cənab Trump Yaponiya ilə "alyansımızı daha da gücləndirəcəyimizə" öhdəliyini vurğuladı.

Seçkiqabağı kampaniyası zamanı cənab Trump demişdi ki, əgər Yaponiya və Cənubi Koreya ABŞ-a ödəniş etmirsə, o zaman ABŞ həmin ərazilərdən öz qoşunlarını geri çəkməlidir.

Fotonun müəllifi AP
Image caption Donald Trump deyib ki, ABŞ "Yaponiyanın arxasında 100% dayanır"

Əlaqəli mövzular

Bu barədə daha geniş