Şimali Koreya yeni raket sınaqdan keçirib

File picture of a North Korean Musudan missile Fotonun müəllifi EPA

Şimali Koreya bazar günü Kim Jong-un-un liderliyi altında ballistik raketi "uğurla" sınaqdan keçirdiyini təsdiqləyib.

Qurğu "yerdən yerə orta məsafədən uzaq məsafəyə ballistik raket" kimi təsvir edilir, Koreyanın dövlət informasiya agentliyi KCNA məlumat yayıb.

Cənubi Koreyanın müdafiə nazirliyi hadisəni ABŞ prezidenti Donald Trump-ın cavabını yoxlamaq üçün silahlı təxribat adlandırıb.

Şimali Koreyanın son raket sınağı geniş şəkildə pislənib.

ABŞ, Yaponiya və Cənubi Koreya hadisəni müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının təcili iclasını istəyib.

KCNA bildirib ki, nüvə başlıqları daşıya bilən yeni tipli strateji silahın Pukguksong-2 raketinin sınağı Kim Jong-un-un rəhbərliyi altında keçirilib.

Agentlik qeyd edib ki, qonşu ölkələrin də raketi görməsi üçün o yüksək bucaq altında buraxılıb.

Məlumata görə, Kim Jong-un raketin sınağından "böyük məmnunluq hissi keçirib".