ABŞ-da daşqın təhlükəsinə görə təxliyə əmri verilib

Oroville bəndinin 50 illik tarixində ilk dəfədir ki, fövqəladə daşqın kanalı istifadə edilib. Fotonun müəllifi AP
Image caption Oroville bəndinin 50 illik tarixində ilk dəfədir ki, fövqəladə daşqın kanalı istifadə edilib.

ABŞ-ın ən hündür bəndinin daşqın kanalı güclü yağışlardan zədələndikdən sonra Kaliforniya ştatının şimalında 180 mindən çox insana evlərini tərk etmək əmri verilib.

230 metrlik bəndin daşqın kanalının dağılmasına az qalıb, rəsmilər deyib.

Normadan artıq su axını artıq bitib, lakin bazar günü axşam saatlarında Butte rayonun şerifi Kory Honea təxliyə əmrinin qüvvədə qaldığını bildirib.

İllərlə quraqlıqdan sonra bu il güclü yağış və qar yağması nəticəsində su anbarında suyun səviyyəsi kəskin şəkildə artıb.

Oroville bəndinin 50 illik tarixində ilk dəfədir ki, belə fövqəladə hal baş verib.

Kaliforniya Su Resursları Departamenti anbarda su səviyyəsini azaltmaq üçün bazar günü bəndin əsas daşqın kanalından saniyədə 2.830 kub metrə gədər suyun buraxıldığını bildirib.

16 min əhalisi olan Oroville şəhərinin sakinlərinə şimala getmək göstərişi verilib.

Şəhərdən çıxan yollarda tıxaclar yaranıb və bəzi sakinlər təxliyə üçün xəbərdarlığın çox gec verildiyini deyərək şikayətləniblər.

Mühəndislər cümə axşamı günü kanaldan böyük beton hissələrin yox olduğunu gördükdən sonra anbardan suyu buraxmağa başlayıblar.

Cümə günü Kaliforniya qubernatoru Jerry Brown Federal Fövqəladə Hallar İdarəçilik Agentliyinə müraciət edərək daşqınlar və torpaq sürüşmələrinə görə ərazidə böyük fəlakətin elan edilməsini tələb edib.

Fotonun müəllifi AP
Image caption Kaliforniya ştatının Oroville bəndinin daşqın kanalı güclü yağışlardan sonra zədələnib
Fotonun müəllifi AP
Image caption Çərşənbə günü mühəndislər bəndin yaratdığı Oroville gölündən çıxan daşqın kanalında yoxlamalar keçiriblər.

Bu barədə daha geniş