Özünü Hitlər-ə bənzədən şəxs həbs olunub

O, özünü Harald Hitler çağırıb Fotonun müəllifi Heute.at
Image caption Hitler erasını şöhrətləndirmək Avstriyada cinayətdir

Avstriyada özünü Hitler-ə bənzədən şəxs Nasist dövrünü şöhrətləndirməklə ittiham edilib, yerli rəsmilər deyir.

Bildirilir ki, 25 yaşlı kişi özünü Harald Hitler adlandırır və o, Braunau am Inn şəhərində yerləşən Adolf Hitler-in doğulduğu evin önündə şəkil çəkdirib.

O, bu yaxınlarda Almaniya sərhədində yerləşən şəhərə köçüb, polis nümayəndəsi David Furtner BBC-yə bildirib.

Cənab Furtner-in sözlərinə görə, gənc adamın hərəkətləri nə zarafatdır, nə də tamaşa.

"Gənc adam dəqiq hansı işləri gördüyünü bilir," polis nümayəndəsi bildirib.

Şəxsin şəkilləri Avstriyanın Heute.at xəbər saytı tərəfindən bazar ertəsi yayımlanıb.

Hitler erasını şöhrətləndirmək Avstriyada cinayətdir.

Ötən ilin oktyabr ayında Avstriyanın hakimiyyət orqanları Hitlerin doğum evinin sökülməsi ilə bağlı qərar qəbul edib.

Hitler 1889- cu il aprelin 20-də binanın yuxarı mərtəbəsində kirayə götürülmüş otaqda anadan olub.

Əlaqəli mövzular

Bu barədə daha geniş