Trump-ın milli təhlükəsizlik üzrə müşaviri istefa verib

Michael Flynn Fotonun müəllifi Reuters

Donald Trump-ın milli təhlükəsizlik üzrə müşaviri Michael Flynn Rusiya ilə əlaqələrinə görə istefa verib, Ağ Ev elan edib.

Ehtimallara görə, cənab Flynn cənab Trump-ın hakimiyyətə gəlməsindən əvvəl Rusiya səfiri ilə ABŞ sanksiyalarını müzakirə edib.

Onun müzakirə barədə rəsmi şəxsləri yanlış bilgiləndirdiyi deyilir.

Bundan əvvəl ABŞ-ın kütləvi informasiya vasitələri xəbər verib ki, Ədliyyə Departamenti ötən ayın sonunda əlaqələr barədə Ağ Evə xəbərdarlıq edib.

Onlar deyiblər ki, cənab Flinn Rusiya şantajı üçün uyğun ola bilər.

Yüksək vəzifəli Demokratlar cənab Flinn-in qovulmasına çağırıb.

Adi vətəndaşlar üçün ABŞ diplomatiyasının aparılması qanunsuzdur və zənglər ötən il cənab Flynn administrasiyaya təyin edilməmişdən əvvəl baş verib.

Ağ Evin bəyanatında deyilir ki, general Joseph Keith Kellogg müvəqqəti əvəzləyici kimi təyin olunub.

İstefada olan ordu general-leytenantı cənab Flynn Rusiya səfiri Sergey Kislyak ilə sanksiyaları müzakirə etdiyini təkzib etmişdi və vitse-prezident Mike Pence də açıq şəkildə onun adından ittihamları təkzib edib.

Lakin cənab Flynn sonra Ağ Evə deyib ki, sanksiyalar müzakirə mövzusu olmuş ola bilər.

Kremlin mətbuat katibi Dmitri Peskov bazar ertəsi jurnalistlərə bildirib ki, cənab Flynn və cənab Kislyak sanksiyaların ləğvini müzakirə etməyib.

Bir neçə Demokrat Nəzarət Komitəsinin sədri Jason Chaffetz-I cənab Flynn-in Rusiya ilə əlaqələrinin araşdırılmasına çağırıb.

Hadisələr necə irəliləyib?

  • Cənab Flynn-in dekabrda bir neçə dəfə Rusiya səfiri Sergey Kislyak ilə telefonla danışması məlumdur
  • Cənab Flynn cənab Kislyak ilə ABŞ sanksiyalarını müzakirə etməsini təkzib edib, vitse-prezident Mike Pence də onun adından iddiaları təkzib edib
  • Daha sonra cənab Flynn-ın sözçüsü geri çəkilərək deyib ki, müşavir sanksiyaların müzakirə olunub-olunmamasına "əmin ola bilmir"
  • Bazar ertəsi Ağ Evin müşaviri Kellyanne Conway bildirib ki, cənab Trump cənab Flynn-ə "tam əmindir"
  • Ağ Evin rəsmi nümayəndəsi daha sonra deyib ki, prezident "vəziyyəti qiymətləndirir". Bir neçə saat sonra cənab Flynn istefa verib.
Fotonun müəllifi Reuters
Image caption Orduda 30 ildən çox təcrübəsi olan Joseph Keith Kellogg Vyetnam, Kamboca, Panama və Körfəzdə xidmət edib

Onun yerinə kim keçəcək?

İstefada olan general-leytenant Joseph Keith Kellogg milli təhlükəsizlik üzrə müşavir vəzifəsini icra edən təyin olunub.

Orduda 30 ildən çox təcrübəsi olan general Vyetnam, Kamboca, Panama və Körfəzdə xidmət edib.

O, seçki kampaniyası zamanı cənab Trump-a milli təhlükəsizlik məsələləri üzrə məsləhətlər verib və yeni administrasiyasının Milli Təhlükəsizlik Şurasında rəis təyin edilib.

Əlaqəli mövzular

Bu barədə daha geniş