Human Rights Watch: Suriya hökuməti Hələbdə kimyəvi silahlardan istifadə edib

Aleppo Fotonun müəllifi AFP
Image caption Hüquq müdafiəçilərinin fikrincə, Suriya hökumət ordusu yaşayış məhəllələrində kimyəvi silahdan istifadə edib

Human Rights Watch hüquq müdafiə təşkilatı Suriya rəhbərliyini son aylarda Hələbdə gedən döyüşlərdə kimyəvi silahlardan istifadə etməkdə ittiham edib.

Hüquq müdafiəçiləri 2016-cı ilin noyabr 17-dən dekabrın 13-nə kimi hökumət vertolyotlarının Hələbin yaşayış olan rayonlarına xlor bombaları buraxması barədə epizodu qeydə alıblar. Bu barədə HRW təşkilatının rəsmi bəyanatında bildirlir.

Hüquq müdafiəçilərinin ehtimalına görə zəhərləyici maddənin istifadə olunması nəticəsində ən azı 9 dinc sakin həlak olub, onlardan 4-ü uşaqdır.

Daha 200 nəfərin isə yaralandığı bildirlir. Ekspertləri şahidlərlə telefon və çanlı müsahibələr, sosial şəbəkələrdə paylaşılan şəkillər, video materiallar və paylaşımlar nəticəsində bu qənaətə gəliblər.

Dərc edilən video görüntülərdə Hələb məhəllələri üzərində havaya yaşıl tüstünün qalxdığı əks olunub.

"Laboratoriya təhqiqatı olmadan tam inamla hansı maddədən istifadə edildiyini demək olmaz. Lakin zərər çəkənlər və tibbi işçilərinin söylədiklərinə əsasən qoxusuna və görünütüsünə görə xlordan istifadə olunub. ", - deyə təşkilatın bəyanatında bildirilib.

Şahidlərin sözlərinə görə, qazdan zəhərlənənlərdə boğulma, güclü öskürək, ürək bulanması və bəzən huşunu itirmə halları müşahidə olunub.

Təşkilatın məlumatına görə, zəhərləyici maddələrdən əsasən hökumət qüvvələrinin hücum əməliyyatlarına hazırlaşdığı rayonlarda istifadə olunub.

HRW təşkilatı BMT-nin Təhlükəsizlik Şurasını Suriya hökumət ordusuna kimyəvi silahdan istifadə olunmasına qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Təşkilatın bəyanatında bildirilir ki, hüquq müdafiəçilərinin Rusiyanın zəhərləyici maddələrdən istifadə edilməsi hallarında bilavasitə iştirakını təsdiqləyən faktlar yoxdur.

Bununla yanaşı hüquq müdafiəçilərinin fikrincə, Rusiya tərəfi birgə əməliyyatlar zamanı kimyəvi silahdan istifadə edilməsinə imkan verməmək üçün lazımi tədbirlər görməliydi.

Human Rights Watch dəfələrlə Suriyada hökumət ordusuyla yanaşı, özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın kimyəvi silahdan istifadə etdiyini bəyan edib.

Kimyəvi silahdan istifadə halları kimyəvi silahı qadağan edən təşkilat ekspertləri və jurnalistlər tərəfindən də qeydə alınıb. Lakin Suriya hökuməti dəfələrlə belə silahdan istifadə etdiyini təkzib edib.

Hazırda Suriyada atəşkəs rejimi elan edilib. Ötən ilin dekabr ayında Suriya hökumət ordusu Hələbin şərq hissəsini müxalif qüvvələrdən ələ keçirib.

Bu barədə daha geniş