Hollandiyada sığınacaq istəyən türk zabitlərə 18 ay zaman verilib

15 iyul dövlət çevrilişinə cəhddən sonra saxlanılmış hərbçilər İstanbul Ədliyyə Sarayına aparılır Fotonun müəllifi Getty Images
Image caption 15 iyul dövlət çevrilişinə cəhddən sonra saxlanılmış hərbçilər İstanbul Ədliyyə Sarayına aparılır

15 iyul dövlət çevrilişinə cəhddən sonra həbs olunma qorxusu ilə Türkiyəyə dönməyi rədd edən bir qrup zabitin, ailələri ilə birlikdə Hollandiyaya siyasi sığınacaq müraciəti etdiyi məlum olub.

Hollandiyanın Miqrasiya və Vətəndaşlıq Dairəsi (IND), sığınacaq müraciətini araşdırmaq üçün lazım olan 18 aylıq müddət ərzində, zabitlər ilə ailələrinin ölkədə qalmasına icazə verib.

Hollandiyanın aparıcı qəzetlərindən olan NRC yazır ki, Avropada vəzifəli olan və sayları açıqlanmayan bir qrup zabit, Ankaranın "geri qayıdın" çağırışını rədd edib.

Qəzetin xəbərinə görə, zabitlər, sığınacaq müraciətlərində "Türkiyədə ədalətli mühakimə olunma imkanının olmadığını" göstəriblər.

Türkiyə, çevriliş cəhdi səbəbiylə axtaranların yanvar ayından etibarən 3 ay ərzində ölkəyə qayıtması halında, vətəndaşlıqdan çıxarmayacağını açıqlayıb.

NRC-ə danışan Türkiyə rəsmiləri isə "ədalətli mühakimə" təminatı verib. Türkiyə rəsmiləri NATO müttəfiqi Hollandiyanın, fərari əsgərlər üçün "təhlükəsiz liman" olmasını "qəbul edilməz" adlandırıb.

Qəzetə müsahibə verən hollandiyalı siyasi partiya nümayəndələrindən Demokratlar 66-dan (D66) deputat Sjoerd Sjordsma, sığınacaq müraciətinin siyasi maraqların üzərində bir mövzu qeyd edərək, dövlət çevrilişi cəhdindən sonra yaşanan hadisələr səbəbilə Türk vətəndaşlarına qarşı sığınacaq qanunvericiliyinin yenidən təzələnməyini istəyib.

Sosialist partiyasından (SP) deputat Sharon Gasthuizen də, Türk zabitlərinin sığınacaq müraciətinə üstünlük verilməsini istəyib.

Hollandiyanın Dövlət Televiziyası (NOS) 15 İyuldan sonra yüzdən çox türk zabitinin Qərbi Avropa ölkələrinə pənah gətirdiyini bildirib.

Bu barədə daha geniş