ABŞ: məhkəmə hindlilərin neft kəməri barədə iddiasını rədd edib

Boru kəmərinin tikintisi hind tayfalarında narazılıq yaradıb Fotonun müəllifi Reuters
Image caption Boru kəmərinin tikintisi hind tayfalarında narazılıq yaradıb

ABŞ-n Federal Məhkəməsi əslən Şimalı Amerikadan olan tayfanın iki nümayəndəsinin iddiasını təmin etməyib.

Onlar Şimali Dakotada qalmaqallı neft boru kəmərinin son məntəqəsinin tikintisinin ləğv edilməsini tələb ediblər.

İddia, boru kəmərinin tikintisiylə məşğul olan şirkət Missuri çayındakı Oaxe su anbarında tunel qazmaq barədə icazə aldıqdan sonra qaldırılıb.

Hindililər iddia edirlər ki, bu layihə onlara müqəddəs torpaqlarda dini ayinlərin keçirilməsinə mane olacaq.

Hind tayfalarından birinin nümayəndəsinin jurnalistlərə bildirdiyinə görə, məhkəmənin qərarı gözlənilməz olmasa da, bu qərar onları təəccübləndirib.

Dakota Access neft boru kəmərinin tikintisi ötən ilin dekabr ayında çoxsaylı hindli sakınlərin etirazı nəticəsində dayandırılıb.

ABŞ rəhbərliyi o zaman boru kəmərinin alternativ yollarla tikintisinə hazır olduğunu bəyan etmişdi.

Lakin bu ilin yanvarında ABŞ prezidenti Donald Trump Keystone və Dakota Access neft boru kəmərinin tikintisinin bərpa edilməsi barədə yeni sərəncam imzalayıb.

Fevralın 7-də Amerika ordusu Konqresə Dakota Accessesin tikintisinə icazə verəcəyini bəyan edib.

Uzunluğu 1186 km olan, Şimali Dakotada Illinois-a aparan boru kəmərinin dəyəri 3,7 milyard dollar dəyərindədir.