Əlilliyi olan rəssam üçüncü sərgisinə hazırlaşır
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Əlilliyi olan rəssam üçüncü sərgisinə hazırlaşır

Ramil Əhmədov 1981-ci ildə Naxçıvanın Şərur rayonunda anadan olub.

Uşaqliqdan, öz dili ilə desək “əli qələm tutandan” şəkil çəkməyi sevdiyini deyir.

Birinci qrup əlilliyi olan Ramil həvəskar rəssam qonşusunun dəstəyilə rəssamlığa başladığını vurğulayır.

O, 1998-ci ildən boya işinə başlayıb və bu günə qədər 400-ə yaxın əsər yaradıb.

Onlardan bəziləri satılıb, bəziləri hədiyyə edilib, müsahibimiz deyir.

Ramilin ilk sərgisi 2000-ci ildə Naxçıvanda baş tutub. Onun əsərləri ikinci dəfə Bakıda üzvü olduğu Rəssamlar ittifaqında 2013-cü ildə sərgilənib.

Onun əsərləri beyəlxalq sərgilərdə də nümayiş etdirilib.

2011-ci ildən Rəssamlar İttifaqının üzvü olan Ramil hazırda üçüncü sərgisinə hazırlaşır və sərginin bu ilin mart ayında baş tutacağını deyir. Bu sərgidə onun 80-ə yaxın əsəri göstəriləcək.

Ramil deyir ki, ən çox içindən gələn, özünə aid kompozisiyaları, görmək istədiyi yerləri, həmçinin, bəyəndiyi, dinlədiyi müğənnilərin portretlərini və ya dünyaya və həyata baxışını rənglərlə canlandırmağı sevir.

Ramilin ən böyük arzusu Rembrandt, Salvador Dali kimi dünyada ad qoymaq və dünyanın böyük qalereyalarında əsərlərinin sərgilənməsidir.

Günel Səfərin video reportajı.