ABŞ: Respublikaçılar keçmiş müşavirin Rusiya ilə əlqələrinin araşdırılmasına çağırır

Michael Flynn Fotonun müəllifi AFP/Getty Images
Image caption Michael Flynn Donald Trump-ın hakimiyyətə gəlməsindən əvvəl Rusiya səfiri ilə ABŞ sanksiyalarını müzakirə etməsi iddialarına görə bazar ertəsi istefa verib

ABŞ-ın Respublikaçılar Partiyasının aparıcı üzvləri keçmiş milli təhlükəsizlik müşavirinin Rusiya ilə əlaqələri ilə bağlı geniş araşdırma edilməsi üçün çağırışlara qoşulub.

Michael Flynn Donald Trump-ın hakimiyyətə gəlməsindən əvvəl Rusiya səfiri ilə ABŞ sanksiyalarını müzakirə etməsi iddialarına görə bazar ertəsi istefa verib.

Çərşənbə asxşamı Ağ Ev nümayəndəsi bildirib ki, cənab Trump bir neçə həftə əvvəl Rusiya ilə telefon zənglərində problemlər olduğunu bilib.

Ancaq müstəqil araşdırma üçün çağırışlar bəzi yüksək vəzifəli Respublikaçılar tərəfindən soyuq reaksiya ilə üzləşib.

New York Times-ın yazdığına görə, telefon zənglərinin yazıları göstərir ki, cənab Trump-ın seçki kampaniyasının üzvləri, həmçinin digər Trump tərəfdarları "seçkilərdən bir il əvvəl Rusiyanın yüksək vəzifəli kəşfiyyat rəsmiləri ilə təmasları təkrarlayıb".

Cənab Flynn niyə istefa verib?

O, cənab Trump-ın vəzifəyə gəlməsindən əvvəl Rusiya səfiri ilə ABŞ sanksiyalarını müzakirə etməsi ittihamlarına görə istefa verib.

Onun administrasiyaya təyin edilməmişdən əvvəl adi vətəndaş olaraq ABŞ diplomatiyasını aparması qanunsuzdur.

İstefada olan ordu general-leytenantı cənab Flynn Rusiya səfiri Sergey Kislyak ilə sanksiyaları müzakirə etdiyini təkzib etmişdi və vitse-prezident Mike Pence də açıq şəkildə onun adından ittihamları təkzib edib.

Baş Prokuror vəzifəsini icra edən Sally Yates yanvarın 26-da Ağ Evə bu əlaqələr barədə xəbərdarlıq edib və bildirib ki, cənab Flynn Rusiya şantajı üçün uyğun ola bilər, Ağ Evin mətbuat katibi Sean Spicer deyib.

O əlavə edib ki, cənab Trump əvvəlcə cənab Flynn-in hərəkətlərilə heç bir qanunu pozmadığı qənaətinə gəlib.

Ağ Evin müşaviri daha sonra geniş baxış keçirib, cənab Flynn bir neçə dəfə dindirilib və məsələ ilə bağlı cənab Trump-la eyni qənaətə gəlinib, cənab Spicer qeyd edib.

"Bu vəziyyəti qeyri-sabit edən vitse-prezidentdə yanlış təsəvvür yaradılması olub," Ağ Ev müşaviri Kellyanne Conway çərşənbə axşamı bildirib.

Fotonun müəllifi AP
Image caption Cənab Flynn 2015-ci ilin dekabrında Rusiya lideri Vladimir Putinlə yemək yeyərkən

Respublikaçılar nə düşünür?

ABŞ kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, cənab Flynn-in milli təhlükəsizlik üzrə müşavir kimi ilk günlərində FTB agentləri tərəfindən dindirildiyi deyilir.

Senatın kəşfiyyat komitəsinin Respublikaçı üzvü senator Roy Blunt cənab Trump ilə Rusiya rəsmiləri arasında hər hansı ehtimal olunan əlaqələrin araşdırılmasına çağırıb.

Respublikaçı Texas senatoru John Cornyn istintaq üçün çağırışları təkrar edib.

Bu arada, Respublikaçı olan ABŞ konqresinin nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Devin Nunes çərşənbə axşamı jurnalistlərə bildirib ki, o, cənab Flynn-in istefası ilə nəticələnən sızıntıları araşdırmaq istəyir.

O, həmçinin, qeyd edib ki, FTB niyə cənab Flynn-in danışığının qeydə alındığını izah etməlidir.

Respublikaçı Mitch McConnell yeni istintaq qrupuna ehtiyac olmadığına işarə edərək deyib ki, kəşfiyyat komitəsi artıq seçkilərə Rusiyanın təsirini öyrənir.

Və Rusiya?

Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyanın istefa barədə şərh verməyəcəyini deyib.

"Bu, amerikalıların daxili işidir, Trump administrasiyasının daxili işidir," deyə o əlavə edib.

Gələcəkdə nə baş verəcək?

Yüksək vəzifəli Demokrat Adam Schiff bildirib ki, cənab Flynn-in getməsi Trump kampaniyası və Rusiya arasındakı əlaqələr barədə sualları bitirməyəcək.

Demokratlar John Conyers və Elijah Cummings Ədliyyə Departamenti və FTB tərəfindən Michael Flynn barəsində Konqresə məxfi brifinq edilməsini tələb edib.

Bir neçə Demokrat Nəzarət Komitəsinin sədri Jason Chaffetz-I cənab Flynn-in Rusiya ilə əlaqələrinin araşdırılmasına çağırıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş