Kim Jong-nam-ın ölümünə görə qadın saxlanılıb

Malayziya polisi bazar ertəsi baş vermiş ölüm hadisəsinə görə axtarışlar həyata keçirib Fotonun müəllifi AFP
Image caption Malayziya polisi bazar ertəsi baş vermiş ölüm hadisəsinə görə axtarışlar həyata keçirib

Malayziya polisi Şimali Koreya liderinin atabir qardaşının ölümündə şübhəli bilinən qadını həbs edib.

Yerli polis bildirib ki, qadın paytaxt Kuala Lumpur şəhərinin aeroportunda həbs olunub. Kim Jong-nam məhz bu aeroportda zəhərlənmişdi.

Qadının Vietnam pasportu daşıdığı deyilir.

Malayziya polisi deyir ki, onlar digər şübhəliləri də axtarırlar.

Şübhəli şəxs aeroportdakı təhlükəsizlik kameralarından müəyyən edilib, polis bildirir. Polis qadının daşıdığı pasporta görə 1988-ci ildə doğulduğu və adının Doan Thi Huong olduğunu deyib.

Təhlükəsizlik kameralarından götürülmüş şəkillərdə cənab Kim-in yanında iki qadın görünür. Daha sonra onlar taksi ilə hadisə yerini tərk edirlər.

Cənubi Koreya və Malayziya mediasının yaydığı görüntülərdə qadının, üzərində "LOL" yazılmış ağ köynək geyindiyi görünür.

Malayziya həlak olmuş şəxsin Kim Jong-nam olduğunu hələ rəsmən təsdiq etməyib. O, Kim Chol adı ilə səyahət edib.

Fotonun müəllifi AFP

Şimali Koreya hadisəyə görə şərh verməyib, lakin ölkənin Malayziyadakı səfirliyinin üzvləri cənab Kim-in cəsədinin götürüldüyü hospitalda olublar.

O kim idi?

Cənab Kim 2001-ci ildə də Yaponiyaya saxta adla daxil olmaq istəyərkən həbs edilib.

Atasının yerinə qardaşı hakimiyyətə gəldikdən sonra Kim Jong-nam vaxtının əsas hissəsini Çin və Sinqapurda keçirib.

2012-ci ildə isə bir kitabda onun atabir qardaşının rəhbərlik qabiliyyətinə malik olmadığı və Şimali Koreyaya Çinin həyata keçirdiyi iqtisadı islahatların lazım olduğunu düşündüyü yazılıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş