Britaniya alimləri: futbol ağılın itməsinə səbəb ola bilər

Paris Saint-Germain və Barselona Fotonun müəllifi AFP
Image caption İdmançıların başdan aldığı xəsarətlər özünü 10 il sonra biruzə verə bilər

Futbol topu ilə vurulan baş zərbələri beyin pozuntularına, daha sonra isə demensin (ağıl itirmək) inkişafına yol aça bilər. Bu barədə Acta Neuropathologica jurnalında dərc edilən və britaniyalı alımlər tərəfindən aparılan tədqiqatda qeyd olunub.

University College London və Cardiff Universitetinin mütəxəssisləri 5 peşəkar futbolçu və bir həvəskar futbolçu üzərində uzun müddət təhqiqat aparıblar.

Ortalama 26 il ərzində futbol oynayan bu kişilərdə 60 yaşdan sonra ağıl zəifləməsi meydana gəlməyə başlayıb. Ölümdən sonra yarılma zamanı həkimlər onlardan 4-ündə "boks demensi" kim məhşur olan xroniki ensefolapatiyanı aşkar ediblər.

"Biz onların beynini açan zaman orada boksçulara xas dəyişikliklərin getdiyini gördük. İlk dəfədir ki, futbolçuların karyeraları müddətində demensin inkişafına yol açan baş zərbələrini göstərmək mümkün oldu. ", - deyə University College London-un professoru Hugh Morris BBC-yə açıqlamasında bildirib.

Tədqiqat müəllifləri uşaqlarda top zərbəsindən sağlamlıqları üçün təhlükənin olduğunu analiz etmədiklərini xüsusi qeyd ediblər.

İngiltərə Futbol Assosiasiyası idmançıların xəsarət almaları məsələsinin daha diqqətlə araşdıralacığına dair vəd verib.

Ekspertlər həvəskar futbolla məşğul olanların təhlükəli qrupa daxil olmadığını qeyd ediblər.

ABŞ-da idmançılarda yaşlaşan zaman beyinin fəaliyyətinin pisləşməsi məhkəmə çəkişmələrinə səbəb olmuşdu.

Belə ki. 2014-cü ildə ABŞ-ın Tələbə İdmanı Milli Assosiasiyası keçmiş idmançılara qaldırdıqları iddiaya görə 70 milyon dollar ödənildiyini bəyan etmişdi.

Təşkilat nümayəndələrinin sözlərinə görə bu vəsait beyin silkələnməsinin uzun müddətli təsirinin öyrənilməsinə sərf ediləcək.

2015-ci ildə isə 4 500 keçmiş oyunçu karyeraları boyunca aldıqları baş zədələrinə görə Milli Futbol Liqasına qarşı iddia qaldırmışdı.

Bu barədə daha geniş