Yunanıstan "7000 illik əsrarəngiz arxeoloji əşyanı" nümayiş etdirir

Fiqur dəmir alətlərinin mövcud olmadığı bir erada qranitdən yonulub Fotonun müəllifi Reuters
Image caption Fiqur dəmir alətlərinin mövcud olmadığı bir erada qranitdən yonulub

Yunan arxeoloqlarının "7000 illik əsrarəngiz əşya" adlandırdığı kiçik heykəl, Afinadakı Milli Arxeoloji Muzeyində nümayiş olunur.

Qranitdən yonulmuş quşa bənzər əşya, heç bir metal alətlər olmadan hazırlanıb və Son Neolit dövrünə aid edilir.

36 sm ölçüdə olan kiçik heykəlin dik burnu, yumru qarnı və silindrik ayaqları var.

Lakin, arxeoloqlar, onun nə olduğu və haradan gəldiyi ilə bağlı suallara cavab tapa bilmirlər.

Muzey, döş və cinsiyyət orqanlarının olmamasına görə heykəli, aseksual adlandırır.

Amma, metal yonan alətlər olmadan hazırlandığına görə bu da sual yaradır. Bəlkə də, bilərəkdən belə hazırlanıb və bizə Neolit cəmiyyətində cinsiyyətin yeri haqqında məlumat aşılayır.

Fiqur martın 26-nadək muzeyin Görünməmiş Muzey hissəsində nümayiş etdiriləcək. Burada muzeydə müvəqqəti nümayiş etdirilən 200.000 yaxın antik əşya yer alır.

Fotonun müəllifi Reuters
Image caption Fiqur insanı təqlid edə bilər, lakin cinsiyyət ilə bağlı heç bir nişan daşımır

Bu barədə daha geniş