Trump-dan ABŞ mediasına Rusiya ilə əlaqə iddialarına cavab

Mike Flynn, Carter Page and Paul Manafort Fotonun müəllifi Composite of images from Reuters, AP and EPA
Image caption Cənab Trump-ın məsləhətçiləri Michael Flynn, Carter Page və Paul Manafort Rusiya ilə iddialarla üzləşiblər

Prezident Donald Trump, Rusiya və administrasiyası arasında əlaqələr barədə yeni məlumatlar yayıldıqdan sonra, ABŞ kəşfiyyatı və mediasını tənqid atəşinə tutub.

Cənab Trump Milli Təhlkükəsizlik Agentliyi (NSA) və Federal Təhqiqatlar Bürosunu (FTB) qanunsuz məlumat paylaşmaqla ittiham edib.

Bəzi ABŞ media mənbələri cənab Trump-ın baş müşavirlərinin seçki kampaniyası dövründə Rusiya rəsmilərilə daim əlaqədə olduqlarını deyirlər.

Bundan əvvəl kəşfiyyat rəsmiləri Rusiyanın cənab Trump-ın xeyrinə ABŞ prezident seçkisinə müdaxilə etdiyini düşündüklərini deyiblər.

Moskva iddiaları əssasız adlandıraraq rədd edib.

Çərşənbə günü Kremlin sözçüsü Dmitri Peskov Rusiyanin Trump müşavirləri ilə əlaqələri barədə son xəbərlərin "faktlara əsaslanmadığını" deyib.

Cümə axşamı günü, ABŞ dövlət katibi Rex Tillerson Almaniyanın Bonn şəhərində keçiriləcək G20 görüşündə Rusiyanin xarici işlər naziri Sergey Lavrovla görüşməlidir.

Mediaya "sızıntılar"

Son iddialar prezident və onun kəşfiyyat qurumları arasında ilk dəfə 2016-cı il seçki kampaniyasında müşahidə olunan qarşıdurmanı bir daha alovlandırıb, BBC-nin Washington müxbiri Gary O'Donoghue deyir.

İddialardan bir gün əvvəl prezident Trump-ın Milli Təhlükəsizlik Müşaviri Michael Flynn istefa verib. Buna səbəb onun cənab Trump prezident vəzifəsinə təyin olunduqdan əvvəl Rusiya diplomatı ilə telefon söhbəti etməsinə dair iddialar olub.

Bir neçə nüfuzlu respublikaçı cənab Flynn-in Rusiya ilə əlaqələrinin daha dərindən araşdırılmasına çağırışlara qoşulublar.

FTB və Senat komitəsi də iddiaları araşdırır.

Fotonun müəllifi Getty Images
Image caption Cənab Flynn Rusiya səfiri ilə etdiyi söhbətlərə görə tənqid olub

Cənab Trump iddialara qarşı cavabını T verib:

"Kəşfiyyat qurumları (FTB və NSA?) uğursuzluğa düçar olmuş @nytimes və @washingtonpost-a qanunsuz məlumat verirlər".

Lakin başqa bir tvitdə o iddiaları demokrat rəqibləri tərəfindən uydurulan "cəfəngiyyat" adlandırıb.

O deyib: "Bu Rusiya ilə əlaqə cəfəngiyyatı sadəcə Hillary Clintonun məğlub kampaniyasının səhvlərinin üstünü örtmək üçün yaradılıb".

Cənab Trump-ın tvitləri New York Times qəzeti, onun müşavirləri və Rusiya rəsmiləri arasında daimi əlaqələrin mövcud olduğu barədə iddialar irəli sürdükdən sonra gəlib.

Bu barədə daha geniş