Şimali Koreya liderinin qardaşının ölümünə görə üçüncü şəxs həbs edilib

Kim Jong-nam (file image) Fotonun müəllifi AP
Image caption Cənab Kimin bazar ertəsi Malayziyada Kuala Lumpur şəhərinin hava limanında təyyarə gözləmə zalında zəhərlənməsi səbəbilə dünyasını dəyişdiyi deyilir.

Şimali Koreya lideri Kim Jong-un-un qardaşı Kim Jong-nam-ın ölümü ilə əlaqədar üçüncü şəxs şübhəli qismində saxlanılıb.

Selanqor ştatının polis nümayəndəsi BBC-ə bildirib ki, saxlanılan kişi bugün həbs edilmiş indoneziyalı qadının oğlan dostudur.

Cənab Kimin bazar ertəsi Malayziyada Kuala Lumpur şəhərinin hava limanında təyyarə gözləmə zalında zəhərlənməsi səbəbilə dünyasını dəyişdiyi deyilir.

Polis onun bədənində tibbi ekspertiza aparıldığını bildirib, amma nəticələr hələ açıqlanmayıb.

Hadisə ilə əlaqədar Vyetnam pasportu olan bir qadın məhkəməyə çıxmalıdır.

Malayziya Kral polisinin baş müfəttişi Sri Xalid Bin Əbu Bakar bildirib ki, cümə axşamı "koreyalı kişinin" vəfatı ilə əlaqədar ikinci qadın saxlanılıb.

O, hava limanının video görüntülərində aşkar edilib və İndoneziya pasportuna malikdir.

Malayziya Kim Chol adı ilə səyahət etmiş və ölmüş kişinin adının rəsmən Kim Jong-nam olduğunu təsdiq etməyib, lakin Cənubi Koreya buna əmindir.

Geniş yayılmış şayiələrə görə qətlin arxasında Şimali Koreya dayanır, lakin bu məlumatlar da təsdiqlənməyib.

Şimali Koreya cümə axşamı Kim Jong-nam və hazırki lider Kim Jong-un-un atası, mərhum lider Kim Jong-il-in 75-ci doğum gününü qeyd edir.

Cənab Kim-in iki qadın tərəfindən kimyəvi maddə ilə zəhərləndiyi güman edilir.

Bu barədə daha geniş